/ / Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Sofiyada bədii sərgi təşkil olunub
Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Sofiyada bədii sərgi təşkil olunub
05.07.2012 [23:53]
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, sərgidə Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva, sədr müavinləri, dostluq qrupunun üzvləri, parlament komissiyalarının və bu ölkənin qanunvericilik orqanında təmsil olunan müxtəlif siyasi partiyaların təmsilçiləri, Nazirlər Şurasının, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, həmçinin burada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfindən həmsədri Siyavuş Novruzovun başçılıq etdiyi nümayəndə heyəti - deputatlar Mahir Aslanov, Rauf Əliyev, Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi T.Tağıyev, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbiri açan Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva iki ölkə arasında tarixi köklərə söykənən əlaqələrdən danışıb. Parlamentlərarası əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluğunu bildirən T.Tsaçeva münasibətlərimizin inkişafında qanunvericilik orqanlarındakı dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, sıx əlaqələrin gələcəkdə atılacaq birgə addımlarla daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Siyavuş Novruzov səmimi qəbullara və xoş münasibətə görə başçılıq etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Həyata keçirilən qarşılıqlı səfərlərin məhsuldar olduğunu qeyd edən deputat bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsində xüsusi rol oynayacağına, eləcə də iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib. S.Novruzov Xalq Məclisində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü ilə əlaqədar belə mühüm tədbirin keçirilməsini iki ölkənin parlamentləri arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib. Bildirilib ki, bu baxımdan belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun həmsədri Rəmzi Osman çıxışında iki ölkə arasında münasibətlərin dinamik inkişafından, parlamentlərarası müsbət əlaqələrdən danışıb. O, bu əlaqələrin inkişafında iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətlərini yüksək qiymətləndirib.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov tədbir iştirakçılarına təşəkkürünü bildirib, ümummilli lider Heydər Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində əsası qoyulan parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin iki ölkə münasibətlərinin inkişafında xüsusi rol oynadığını vurğulayıb. O, bu əlaqələrin inkişafında birgə atılan addımlardan bəhs etmiş, belə yüksək səviyyəli tədbirin əhəmiyyətindən danışıb.
Sonra tədbir iştirakçıları Bolqarıstan Dövlət Arxiv Agentliyi tərəfindən təqdim edilmiş Azərbaycan ilə bağlı tarixi sənədlərlə, yüksək səviyyəli qarşılıqlı səfərləri əks etdirən fotoşəkillərlə və müxtəlif materiallarla tanış olublar.
Tədbirdə tanınmış Bolqarıstan bəstəkarı M.Lambovun rəhbərliyi ilə məşhur “Sofiya” kvartetinin ifasında Azərbaycanın xalq mahnıları səsləndirilib. Həmçinin qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

