Buriç İrəvana niyə gəlir?
07.04.2024 [10:10]
Politoloq: Bu səfər Brüssel görüşünün nəticələrindən irəli gəlir
Qərb dairələri uzun müddətdir ki, Cənubi Qafqaz regionuna daxil olmağa və burada möhkəmlənməyə çalışır. Əslində, bu amil region üçün çox təhlükəlidir. Çünki ən azı postsovet ölkələrinin təcrübəsinə nəzər yetirsək, Qərbin vədlərinə inananların aqibətinin fəlakətli sonluğuna şahidlik etmişik. Hazırda Ukraynanın durumuna nəzər yetirmək kifayət edir. Rəsmi Kiyevi NATO-ya üzv olmaq haqqında yalan vədlər verən Qərb ölkələri Ukraynanı Rusiyanı hərbi qarşıdurmaya sövq etdi. Nəticədə Ukraynanın ərazisinin bir hissəsi Rusiyanın nəzarətinə keçib, ölkə dağılır, milyonlarla ukraynalı qaçqın vəziyyətinə düşüb, ağır döyüşlər hələ də davam edir. Qərb isə Ukraynaya verdiyi vədləri yerinə yetirmir, sadəcə müəyyən qədər hərbi yardım göstərməklə kifayətlənir. Kiyev nəinki NATO-ya üzv qəbul edilmədi, hətta ona edilən yardımlar azalır. Son vaxtlarda isə Ukraynanın ərazisinin bəzi ölkələr arasında bölüşdürüləcəyi haqda məlumatlar artmaqdadır.
Qərb Cənubi Qafqazda isə bu fəlakətli vəziyyəti Ermənistanın əli ilə reallaşdırmağa çalışır. Son bir ildə bu proses daha da sürətlənib. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avropa İqtisadi İttifaqından (Aİİ) uzaqlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Avropa İttifaqının Müşahidə Missiyası adı altında kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən sadəcə biridir. ABŞ və Avropa İttifaqının məqsədlərindən birinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdırsa, digəri Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa sövq edir. Fransanın İrəvanı silahlandırması da bunun göstəricisidir.
Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı üçlü görüşü isə Cənubi Qafqazda İrəvanın vasitəsilə yeni məkrli planlarını reallaşdırmaq cəhdidir. Rəsmi açıqlamada görüşün Ermənistana iqtisadi və demokratiyanın inkişafına dəstək məqsədi daşıdığı bildirilsə də, əslində bu “platformanın” Qərbin geosiyasi məqsədlərinə xidmət etməsi şübhə doğurmur. Məsələ ondadır ki, iş Brüsseldə ABŞ dövlət katibi, Avropa Komissiyasının sədri və Ermənistanın baş nazirinin görüşü ilə bitmir. Bu görüşdən cəmi üç gün sonra Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin Ermənistana səfəri planlaşdırılır. Səfər aprelin 8-də baş tutacaq.
Bu səfər Brüssel görüşünün davamı hesab oluna bilərmi? Məsələ ilə bağlı politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, hazırda Brüssel görüşünün nəticələri geniş təhlil olunur. Onun fikrincə, bu görüşdə Ermənistan istədiyini ala bilmədi. Çünki açıqlanan nəticə İrəvanı gücləndirmək üçün elə də böyük əhəmiyyət kəsb etmir. Digər tərəfdən, Brüssel görüşünün Ermənistanın iqtisadi və demokratik inkişafı, insan hüquqları məsələlərini əhatə etdiyi bildirilsə də, inandırıcı deyil. Şübhəsiz ki, bağlı qapılar arxasında Ermənistanın təhlükəsizlik məsələləri də müzakirə olunub və İran, Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstan mövzusuna toxunulub. Bunu mətbuat üçün açıq bəyanatlardan da hiss etmək mümkündür.
Politoloq hesab edir ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin aprelin 8-də İrəvana gözlənilən səfəri Brüssel görüşünün nəticələrindən irəli gəlir. Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibətilə seçildiyini deyən İ.Hüseynovun fikrincə, bu təşkilatda başda Fransa olmaqla, digər anti-Azərbaycan mövqe tutan güc mərkəzləri üstünlük təşkil edir. “Brüssel görüşünün nəticəsi olaraq Avropa İttifaqı 4 il ərzində Ermənistana 270 milyon avro qrant ayıracaq. Guya bu vəsait iqtisadiyyat, demokratiya və insan haqlarının qorunmasına sərf olunmalıdır. Avropa Şurası isə insan haqları ilə bağlı fəaliyyət göstərən təşkilatdır. Bu xüsusda mövcud vəziyyətin öyrənilməsi, ayrılacaq vəsaitin xərclənməsinin istiqaməti ilə bağlı Avropa Şurasının baş katibinin səfəri zamanı müzakirələr keçiriləcək. İstənilən halda, bu səfərlərin birtərəfli qaydada Ermənistana edilməsi qarşıdakı dövrdə təşkilatın anti-Azərbaycan ritorikasının daha da genişlənməsinə xidmət edəcək. Ölkəmizə qarşı bu istiqamətdə siyasi hücumlara və təxribatlara cəhd göstərilə bilər”,-deyə həmsöhbətimiz qeyd edib.
NARDAR
Xəbər lenti
Hamısına baxHadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18

