/ / Mübariz Qurbanlı: Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib
Mübariz Qurbanlı: Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib
21.06.2016 [11:37]
Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, birinci istiqamət qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır:
“Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar”.
M.Qurbanlı bildirib ki, bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir:
“Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu yolverilməzdir. Üçüncü istiqamət ideoloji təbliğat yoludur. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir”.
Komitə sədri bildirib ki, indiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
28 Aprel 19:09
Xəbər lenti
28 Aprel 17:24
Xəbər lenti
28 Aprel 14:43
İdman
28 Aprel 14:10
Xəbər lenti
28 Aprel 12:24
Sosial
28 Aprel 11:52
Dünya
28 Aprel 11:30
Dünya
28 Aprel 11:29
Xəbər lenti
28 Aprel 11:17
Xəbər lenti
28 Aprel 10:00
Xəbər lenti
27 Aprel 20:01
Xəbər lenti
27 Aprel 18:56
Dünya
27 Aprel 18:01
Xəbər lenti
27 Aprel 17:04
Xəbər lenti
27 Aprel 16:28
Dünya
27 Aprel 16:00
Xəbər lenti
27 Aprel 15:11
İqtisadiyyat
27 Aprel 15:08
Xəbər lenti
27 Aprel 15:07
Xəbər lenti
27 Aprel 13:49
Xəbər lenti
27 Aprel 13:01
Xəbər lenti
27 Aprel 12:25
Dünya
27 Aprel 12:23
Mədəniyyət
27 Aprel 11:35
Sosial
27 Aprel 11:25
Ədəbiyyat
27 Aprel 11:15
Siyasət
27 Aprel 11:10
MEDİA
27 Aprel 11:00
Siyasət
27 Aprel 10:50
Gündəm
27 Aprel 10:42
İqtisadiyyat
27 Aprel 10:37
Siyasət
27 Aprel 10:34
Xəbər lenti
27 Aprel 10:30
Siyasət
27 Aprel 10:25
Siyasət
27 Aprel 10:20
Siyasət
27 Aprel 10:10
Gündəm
27 Aprel 10:00
Xəbər lenti
27 Aprel 09:50
Xəbər lenti
26 Aprel 21:02
Siyasət
26 Aprel 20:19
Xəbər lenti
26 Aprel 20:17
Siyasət
26 Aprel 18:49
Xəbər lenti
26 Aprel 18:32
Xəbər lenti
26 Aprel 17:31
Gündəm
26 Aprel 17:25
YAP xəbərləri
26 Aprel 17:22
Siyasət
26 Aprel 17:12
Dünya
26 Aprel 16:36
Turizm
26 Aprel 16:31
Xəbər lenti
26 Aprel 15:59
Xəbər lenti
26 Aprel 15:40
Siyasət
26 Aprel 15:23
Xəbər lenti
26 Aprel 15:09
İqtisadiyyat
26 Aprel 15:03
Gündəm
26 Aprel 15:01
Siyasət
26 Aprel 15:00
Xəbər lenti
26 Aprel 14:58
Siyasət
26 Aprel 14:51
Gündəm
26 Aprel 14:48
Xəbər lenti
26 Aprel 14:47
Xəbər lenti
26 Aprel 14:30
Siyasət
26 Aprel 14:14
Xəbər lenti
26 Aprel 14:12
Xəbər lenti
26 Aprel 13:18
Xəbər lenti
26 Aprel 13:16
Dünya
26 Aprel 13:04
Xəbər lenti
26 Aprel 13:02
Xəbər lenti
26 Aprel 12:59
Xəbər lenti
26 Aprel 12:46
Sosial
26 Aprel 12:44