Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15.01.2021 [16:25]
Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdikdən sonra səsləndirib.
“Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev deyib: “Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 May 17:12
Xəbər lenti
05 May 16:56
Sosial
05 May 14:38
Sosial
05 May 13:58
Xəbər lenti
05 May 13:04
Gündəm
05 May 12:37
Xəbər lenti
05 May 12:34
Xəbər lenti
05 May 10:15
Xəbər lenti
05 May 10:00
Siyasət
04 May 22:02
Xəbər lenti
04 May 22:00
Dünya
04 May 19:27
Dünya
04 May 18:26
Xəbər lenti
04 May 18:09
İdman
04 May 17:20
İqtisadiyyat
04 May 16:56
Sosial
04 May 15:21
Xəbər lenti
04 May 15:04
Siyasət
04 May 15:01
Xəbər lenti
04 May 14:42
İqtisadiyyat
04 May 14:40
Gündəm
04 May 14:38
Sosial
04 May 13:47
Dünya
04 May 12:48
Sosial
04 May 12:20
MEDİA
04 May 12:15
Sosial
04 May 12:00
Ədəbiyyat
04 May 11:50
Sosial
04 May 11:45
Xəbər lenti
04 May 11:40
İqtisadiyyat
04 May 11:30
Analitik
04 May 11:20
Siyasət
04 May 11:10
Siyasət
04 May 10:55
Xəbər lenti
04 May 10:50
Xəbər lenti
04 May 10:40
Gündəm
04 May 10:35
Gündəm
04 May 10:30
Gündəm
04 May 10:20
Siyasət
04 May 10:10
Xəbər lenti
04 May 10:00
Xəbər lenti
04 May 09:58
Xəbər lenti
04 May 09:50
Gündəm
03 May 19:18
YAP xəbərləri
03 May 17:54
Xəbər lenti
03 May 17:53
Xəbər lenti
03 May 17:27
Xəbər lenti
03 May 17:25
Xəbər lenti
03 May 17:04
Xəbər lenti
03 May 17:00
İqtisadiyyat
03 May 16:35
Xəbər lenti
03 May 16:05
Siyasət
03 May 15:39
Xəbər lenti
03 May 15:20
İdman
03 May 15:17
Xəbər lenti
03 May 15:16
Xəbər lenti
03 May 14:34
Dünya
03 May 14:16
Xəbər lenti
03 May 13:56
İqtisadiyyat
03 May 13:39
Xəbər lenti
03 May 13:05
Xəbər lenti
03 May 12:47
Xəbər lenti
03 May 12:40
Xəbər lenti
03 May 12:31
Siyasət
03 May 12:23
Xəbər lenti
03 May 12:17
Xəbər lenti
03 May 12:15
Xəbər lenti
03 May 12:09
Xəbər lenti
03 May 12:05
Xəbər lenti
03 May 11:56