Mürəkkəb sinoptik şərait nə ilə əlaqədardır?
03.07.2024 [11:10]
Ötən ay ölkə ərazisində mürəkkəb hava şəraiti müşahidə olunub. Belə ki, ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb.
Sonuncu dəfə 13 il öncə...
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib ki, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 millimetrə qədər yağıntı düşüb: “Son 10 ilin müşahidə məlumatlarına əsasən, belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14, Sumqayıta isə 26 millimetr yağıntı düşüb”.
Ötən ildən 16 dəfə çox...
N.Mahmudovun sözlərinə görə, son dövrlər ölkə ərazisində ildırım-dolu hadisələrinin başvermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib: “Ötən il iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”.
Maksimum temperatur ...
Xidmət rəisi bildirib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib. Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub: “İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27,4° isti təşkil edib ki, bu da iqlim normasından 4,4° yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən, ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41°, bölgələrdə isə 43°-dək yüksəlib”.
Küləklə bağlı “rəngli” xəbərdarlıqlar...
N.Mahmudov bildirib ki, iyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 metr/saniyədən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti saniyədə 30 metrədək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 metrdən çox olub, maksimal sürəti arabir saniyədə 30 metrə çatıb”.
İqlim dəyişmələrinin fəsadı...
Hidrometroloq Rövşən İbrahimli ötən ayda yağıntıların miqdarının normadan çox, həmçinin hava temperaturunun normadan aşağı olmasının səbəbləri barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb.
Onun sözlərinə görə, yağıntıların qeyri-bərabər paylanması, normanı üstələməsi son zamanların səciyyəvi tendensiyasına çevrilib: “Regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib. Lakin bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir”.
19 gündə 44 dolu hadisəsi
Hidrometroloq həmçinin son günlər küləyin sürətinin güclənməsi, dənizdə dalğalanma, çaylarda sel hadisələri barədə də açıqlama verib: “Küləkli havanın kəskinləşməsi eyni zamanda bəzi rayonlara dolu düşməsi də iqlim dəyişmələri ilə əlaqədardır. Xatırladım ki, aprel ayında havanın temperaturunun normadan yüksək olduğunu müşahidə etmişdik. Hətta aprel ayında temperaturun yüksəkliyi sanki yay aylarını xatırladırdı. Son günlər isə yay aylarında temperaturun aşağı düşməsi, yağıntıların miqdarının normadan çox olmasını müşahidə edirik. Belə hallar meteohəssas insanlarda narahatlıq hissi yaradır.
2024-cü ilin iyun ayının ötən dövrü ərzində Azərbaycanda orta aylıq temperatur iqlim normasından 4,8 dərəcə yüksək olub. Bundan başqa, 1-19 iyun tarixlərində ölkənin ayrı-ayrı bölgələrində 44 dəfə dolu hadisəsi qeydə alınıb”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

