Qlobal istiləşmədə antirekord
16.08.2024 [10:13]
Hazırda iqlim məsələləri qlobal gündəliyin əsas çaırışlarından birinə çevrilib. Güclü sənaye inkişafının, avtomobillərin sayının və atmosferə atılan zərərli qazların həcminin artmasının iqlim tarazlığının pozulmasına gətirib çıxardığı bildirilir.
Dünyanın müxtəlif qütblərində vəziyyət fərqlidir. Bəzi ölkələrdə quraqlıq hökm sürür, kəskin su çatışmazlığı ciddi səhiyyə problemlərinə yol açır. Digər ölkələri qasırğalar, sel suları cənginə alıb. Kiçik ada dövlətlərində vəziyyət mövcudluq, həyatda qalmaq səviyyəsinə qədər gərginləşib. İnsanlar onları əhatə edən okeanlarda göz işlədikcə uzanıb gedən su səthinin sürətlə qalxmasını müşahidə edirlər. Tunelin sonunda isə işıq görünmür...
Artıq 15 temperatur rekordu qırılıb
Bu ilin əvvəlindən ekstremal hava hadisələrinin tez-tez baş verməsi və iqlim dəyişikliklərinin güclənməsi nəticəsində 15 temperatur rekordu qırılıb. “The Guardian” nəşrinin məlumatına görə, bu barədə iqlim tarixçisi Maksimiliano Herrera bildirib.
Onun sözlərinə görə, ilk altı ayda misli görünməmiş rekordların sayı heyrətləndirici idi. “Bu miqdarda ekstremal istilik hadisələri indiyə qədər görülən və ya mümkün hesab edilənləri üstələyir. 2024-cü ilin fevral-iyul ayları bütün statistik göstəricilər üzrə ən yüksək dövr olub”, - deyə o qeyd edib.
Bəzi günlərdə minlərlə monitorinq stansiyaları yeni aylıq maksimal və ya minimal rekordlar qırır. Gecələr yüksək temperatur o deməkdir ki, insanların və ekosistemlərin davam edən istidən özlərinə gəlmək üçün çox az vaxtı var. Məsələn, iyulun sonunda Çinin Yueyan bölgəsi gecə saatlarında görünməmiş yüksək 32 dərəcəlik temperaturdan, təhlükəli dərəcədə yüksək rütubətdən əziyyət çəkib.
Eyni zamanda, bütün zamanların milli rekordlarının coğrafi diapazonu heyrətləndiricidir. Meksika iyunun 20-də Tepaçedə 52 dərəcəlik zirvəsini təkrarlayıb. Dünyanın digər tərəfində, Kokos adalarının Avstraliya ərazisində temperatur bu il üçüncü dəfə aprelin 7-də 32,8 dərəcəyə çatıb.
Lakin ən güclü istilik tropiklərdə cəmləşib. İyunun 7-də Misir Asuanda 50,9 dərəcəlik milli maksimum qeydə alınıb. İki gün bundan əvvəl Çad Fayedə 48 dərəcəlik milli rekordunu təkrarlayıb. Mayın 1-də Qana Navronqda 44,6 dərəcəlik yeni zirvəyə çatıb, Laos isə Tha Nqonda 43,7 dərəcəlik yeni istilik səviyyəsinə daxil olub. Herreranın sözlərinə görə, tropiklər 15 ay ardıcıl olaraq hər gün rekordlar qırır.
Avropa İttifaqının aparıcı monitorinq agentliyi olan “Copernicus” İqlim Dəyişmələri Xidməti bu yaxınlarda bildirib ki, iyun ayı ardıcıl olaraq aylıq temperatur rekordu vuran 13-cü ay olub.
Ümumdünya Meteorologiya Təşkilatı, həmçinin bu il ən azı 10 ölkədə temperaturun 50 dərəcədən yuxarı olduğunu qeyd edib.
Ekspertin sözlərinə görə, əvvəllər ekstremal istilər insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə və “El Ninyo” təbiət fenomeninin - Sakit okeanda suyun yuxarı qatının kəskin istiləşməsi ilə əlaqələndirilirdi. “Bu il isə “El Ninyo” təsir gücünü itirir, lakin buna baxmayaraq, temperatur rekordlarının sayı yalnız artıb”, - deyə o vurğulayıb.
Hindistanda texnogen iqlim dəyişikliyi səbəbindən baş verən torpaq sürüşmələri
Qlobal istiləşmədən əslində Yer üzünün bütün ölkələri təsirlənir. Beynəlxalq tədqiqat qrupu bir qədər bundan əvvəl Hindistanın cənubundakı Kerala əyalətində 200-dən çox insanın ölümü ilə nəticələnən torpaq sürüşmələrinin texnogen iqlim dəyişikliyi səbəbindən baş verdiyi və bu fəlakətə təxminən 10 faiz artan şiddətli yağışların səbəb olduğu qənaətinə gəlib.
Ekstremal hava şəraitində iqlim dəyişikliyinin rolunu araşdıran “World Weather Attribution” qrupunun dərc etdiyi araşdırmada deyilir ki, dünya mədən yanacaqlarından imtina etməsə, Keralada birgünlük leysan yağışları daha 4 faiz artacaq. Hesabatda deyilir: “İqlim dəyişikliyinin səbəb olduğu yağıntıların artması gələcəkdə baş verə biləcək sürüşmələrin potensial sayını artıra bilər”.
Meşələrin qırılmasının və mədən işlərinin minimuma endirilməsi, təhlükəli yamacların bərkidilməsi və həssas əraziləri qorumaq üçün istinad strukturlarının tikintisi gələcəkdə bənzər fəlakətlərin qarşısını almaq üçün tövsiyə olunan tədbirlər sırasında yer alır.
Bəzi ekspertlər “Reuters” agentliyinə bildiriblər ki, sürüşmələrdən iki həftə əvvəl yağan güclü yağışlar torpağı yumşaldıb. Bununla yanaşı, Hindistanın bu ştatında həddindən artıq tikinti işləri və nəzarətsiz turizm də bu fəlakətə səbəb ola bilər.
Nigerdə daşqınlar nəticəsində 52 ölüm
İqlim dəyişmələri Nigerdə də faciəyə səbəb olub. Belə ki, son iki gündə bu ölkədə daşqınlar nəticəsində ən azı 52 nəfər ölüb. Bu barədə “ActuNiger” portalı məlumat yayıb.
Təbii fəlakət güclü yağışların yağdığı qərb rayonlarını əhatə edib. Portalın məlumatına görə, xilasetmə işlərinə başlanılıb, qurbanların sayı dəqiqləşdirilir. Təbii fəlakətin baş verdiyi ərazilərdə yollar dağılıb, əkin sahələri sıradan çıxıb.
Qeyd edək ki, Nigerdə iki həftə əvvəl başlayan yağış mövsümü ən azı 94 nəfərin həyatına son qoyub, 93 nəfər yaralanıb, ümumilikdə 137 mindən çox insan zərər çəkib.
Yunanıstanda meşə yanğınları
Qlobal istiləşmənin nəticəsi olaraq ayrı-ayrı ölkələrdə meşə yanğınlarının sayı da artıb. Bu həftə Yunanıstanın Afina şəhərinin şimal-şərqindəki meşə yanğını kifayət qədər böyük ərazini əhatə edib. Xarici nəşrlər Avropa İttifaqının peyk xəritələri agentliyinin məlumatlarına istinadən bu barədə məumatlar yayıblar.
“Yanğın qeydə alınan ərazi Manhettendən təxminən iki dəfə böyük olub, alov paytaxtın kənarında aparılan genişmiqyaslı işlər nəticəsində lokallaşdırılıb”, - deyə məlumatda bildirilir. Yunanıstan mətbuatının məlumatına görə, qonşu Türkiyə də daxil olmaqla 9 ölkə Yunanıstana təyyarə və helikopterlər də daxil olmaqla yardım göndərib.
Afina Milli Rəsədxanasının yenilənmiş hesablamalarına görə, son səkkiz il ərzində Attika bölgəsində 450 kvadratmetr sahə yanıb. Qeyd edək ki, avqustun 11-də baş verən yanğın nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb. Yanğın ən azı 100 evi məhv edib.
Son 50 ildə ən çox sel hadisəsi
Qeyd etdiyimiz kimi, qlobal iqlim dəyişikliklərinin fəsadlarından heç bir ölkə sığortalanmayıb. O cümlədən arzuolunmaz təbiət hadisələri respublikamızda da müşahidə edilir. 2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.
İyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, iyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

