Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

14.09.2024 [13:44]

Sentyabrın 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Şahdağ, Gədəbəydə 3 mm, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad, Şəmkirdə 2 mm-dək olub.

Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə 20 m/s, Naftalan, Culfada 18 m/s, Şahbuzda 17 m/s, Şərur, Naxçıvanda 16 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31