Ukraynada Azərbaycan dili kursu açılıb
16.09.2024 [11:46]
Ukraynada ödənişsiz əsasda Azərbaycan dili kursu açılıb. Burada ölkənin müxtəlif bölgələrindən olan insanlar dilimizi öyrənirlər. Məşğələlər “zoom” onlayn platformasında keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dili kursu vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə Ukrayna-Türk Mərkəzinin himayəsi altında təşkil olunub.
Kursun müəllimi Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri və bu ali təhsil ocağında Azərbaycan dili fənnini tədris edən İntiqam Şıxızadədir.
Azərbaycan dili kursunun təşəbbüskarı olan Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk qeyd edib ki, hazırda burada 50-dən çox ukraynalı iştirak edir, onların əksəriyyəti gənclər, bəziləri isə əslən Azərbaycandan olan sakinlərdir. Bununla yanaşı, müdavimlər arasında Azərbaycan dilini öyrənmək istəyən bir neçə universitet müəllimi də var.
O əlavə edib: “Gənclər xalqlar arasında dialoqun inkişafı, yeni ideyalar və layihələr üçün çox mühüm resursdur. İstəyirəm ki, seçmə imtahanda iştirak edən gənclər ikitərəfli əlaqələrə inteqrasiya etsinlər, habelə yeni konstruktiv ideya və təşəbbüslər irəli sürsünlər”.
Şəmsi Məhərrəmov qeyd edib: “Bu layihə Ukrayna-Azərbaycan münasibətlərinin dərinləşməsi istiqamətində mühüm addımdır. Azərbaycan dilinin öyrənilməsi üzrə kursun açılması xalqlarımız arasında mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir, Azərbaycan haqqında daha çox məlumat almaq və ikitərəfli dialoqa töhfə vermək istəyən ukraynalı gənclər üçün şərait və imkanlar yaradır”.
Kursda iştirak edən tələbələr dilimizi öyrənməklə yanaşı, həm də Azərbaycanın zəngin mədəniyyəti, tarixi, coğrafiyası, xalqımızın mentaliteti və adət-ənənələri ilə tanış olurlar.
Azərbaycan dili kursunun iştirakçıları da təəssüratlarını bölüşüblər: “Mənim üçün bu kurs təkcə yeni dil öyrənmək deyil, həm də Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq üçün unikal imkandır. Bu, eyni zamanda, dünyanı dərk etmək üçün yeni perspektivlər açan bir təcrübədir. Bu yay Heydər Əliyevin Ukrayna-Azərbaycan münasibətlərində roluna həsr olunmuş Ümumukrayna Esse Müsabiqəsinin qalibi oldum. Mən Bakıya səfər etməyi, həmçinin gələcəkdə Azərbaycan Respublikasındakı səfirlikdə Ukraynanın diplomatı olmağı arzulayıram”, -deyə Kiyev Mədəniyyət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Daniil Sivak bildirib.
Layihə həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb. Onlar Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

