Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək

05.11.2024 [10:27]

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir.

Yeniazerbaycan.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

“Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək”, -deyə G. Abbasova bildirib.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31