CASCFEN Yevlaxda “Onlayn etika - netiket” mövzusunda seminar keçirib
16.04.2013 [14:06]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Onlayn etika - netiket” proqramı çərçivəsində Yevlax şəhərində gənclər üçün birgünlük seminar-treninq keçirib. Əsas məruzəçi qismində CASCFEN sədri Azər Həsrət çıxış edib. Seminarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNİSEF-in dəstəyi ilə gerçəkləşdirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində fəaliyyət göstərən Yevlax təbliğat qrupunun 15 üzvü iştirak edib.
Gənclərin təşəbbüsü ilə baş tutan seminarın açılışında qrupun rəhbəri Rafiq Vaqifoğlu qeyd edib ki, Yevlax gəncləri Azərbaycanda gedən sürətli quruculuq prosesində daha fəal iştirak etməyə çalışırlar. Ona görə də, yeni nəslin bilik və bacarıqlarının artırılması üçün hər zaman yeni təşəbbüslərlə çıxış edirlər: “Bu baxımdan biz CASCFEN-in gənclər üçün gerçəkləşdirdiyi “Onlayn etika - netiket” proqramı çərçivəsində seminarın məhz Yevlaxda təşkilini istədiyimizi bildirdik və qurum da bunu müsbət qarşıladı. Ümid edirəm ki, bugünkü seminar gənclərin ürəyincə olacaq”.
Daha sonra çıxış edən CASCFEN sədrinin müavini Nadir Azəri isə deyib ki, təşkilat fəaliyyətində şəffaflıq və könüllülük prinsiplərinə üstünlük verdiyi üçün bu seminarı da öz daxili imkanları hesabına gerçəkləşdirir. “Halbuki bəzən böyük məbləğdə vəsaitlər əldə etməyi bacaran təşkilatların ən adi tədbiri belə təşkil etməkdə çətinlik çəkdiyini görürük”, - deyən N. Azəri CASCFEN-in gələcəkdə də region gəncləri üçün belə proqramları davam etdirəcəyini vurğulayıb.
CASCFEN sədri Azər Həsrət isə “Onlayn etika-netiket” mövzusunda ətraflı çıxış edib. Ekspert onu xüsusilə vurğulayıb ki, bəzi insanlar kompüter arxasında oturduğu zaman elə düşünür ki, onu heç kim görmürsə, nəyi necə istəsə paylaşa bilər: “Bu isə gənclərin uyğunsuz kontent paylaşmasına, başqalarını rahatsız etməsinə və nəticədə hətta insan ölümü ilə sonuclanan faciələrə gətirib çıxarır”.
O, qeyd edib ki, başçılıq etdiyi CASCFEN söz azadlığı uğrunda mübarizə aparan bir təşkilat olmaqla, xüsusən də, torüstü aləmdə ifadə azadlığı mədəniyyətinin yüksəldilməsinə çalışır: “Fərqli siyasi qurumlara, təşkilat və qruplara üzv olan insanların bir-birilə torüstü müzakirə zamanı kəskin və qırıcı ifadələrdən çəkinməsi, qurucu və müsbət ifadə formalarına üstünlük verməsi ümumilikdə ölkəmizdə ifadə azadlığı mədəniyyətinin yüksəlməsinə səbəb olacaq”.
Gənclərin də fəallıq etdiyi müzakirə və bilgi paylaşımının sonunda bir sıra iştirakçılara CASCFEN-in sertifikatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

