Azərbaycanın ucqar rayonlarından 300-ə yaxın təhsil işçisi düşərgəyə cəlb olunub
01.01.2025 [17:43]
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə “Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan düşərgəyə 300-ə yaxın təhsil işçisi cəlb olunub. Düşərgədə ilk dəfə olaraq respublikamızın ucqar rayonlarında çalışan müəllimlər, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edib. O bildirib ki, ölkəmizin təhsil sistemində fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi, eyni zamanda, İttifaq üzvlərinin sosial rifahının artırılması, asudə vaxtlarının daha səmərəli təşkili, onların təcrübə mübadiləsi və peşəkar inkişafı ATİAHİ tərəfindən daim dəstəklənir.
Beş gün davam edəcək düşərgədə təhsil işçiləri və onların ailə üzvləri üçün maraqlı proqramlar, təlimlər və əyləncəli intellektual yarışlar keçiriləcək.
Ümumilikdə 300-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində istirahət mərkəzində “Xatirə bağı” salınacaq, Vətən müharibəsini simvolizə edən 44 ədəd ağac əkiləcək. Məqsəd ətraf mühitin qoruması, ekoloji tərbiyəni gücləndirilməsi istiqamətində görülən işlərə töhfə verməklə yanaşı, təhsil işçiləri arasında ekoloji həmrəyliyin təməlinin qurulmasıdır.
Xəbər lenti
Hamısına baxTurizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21

