Vaxtında peyvənd almış şəxs qripə yoluxduqda xəstəliyi yüngül keçirir
08.01.2025 [20:15]
Qısa vaxt ərzində bir neçə ailə üzvünün xəstələnməsi və onlarda rast gəlinən əlamətlər daha çox qrip və ya digər respirator virus infeksiyasının olmasını ehtimal etməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu tip infeksiyalar arasında ən təhlükəlisi qrip sayılır və onun spesifik profilaktikası vaksinasiyadır: “Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Qeyd etmək istərdim ki, həmin peyvənd, həmçinin kiçik yaşlı uşaqlara, hamilə qadınlara, yaşlı insanlara vurula bilər. Vaxtında peyvənd almış şəxs qripə yoluxduqda xəstəliyi simptomsuz, bəzən yüngül keçirir. Nəticədə ağır gedişə çox az rast gəlinir, fəsadlaşma demək olar ki, baş vermir. Bundan başqa, infeksiyanın ailə daxilində yayılmasının qarşısının alınması və digər ailə üzvlərinin yoluxmasını minimallaşdırmaq üçün ilk xəstələnən şəxsdə müvafiq əlamətlər olduqda, o, ev şəraitində təcrid olunmalıdır. Həmin şəxsə qulluq yalnız bir ailə üzvü tərəfindən olmalı, xəstənin otağı tez-tez havalandırılmalı, qab-qacaq və işlətdiyi digər əşyalar ayrı olmalı və dezinfeksiya edilməlidir. Təcrübə göstərir ki, bu cür sadə yerinə yetirilə bilən vasitələrlə infeksiyanın ailədaxili yayılmasının qarşısını almaq mümkündür”.
Mütəxəssis-ekspert bildirib ki, xəstə uşağın valideyni tərəfindən vaxtında aşkarlanması vacibdir və onun məktəb, bağçaya buraxılması doğru qərar deyil: “Xüsusən də qapalı məkanlarda maskadan istifadə edilməli, həmçinin gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Yadda saxlamaq lazımdır ki, özümüzdə olan xroniki xəstəlikləri vaxtında müalicə etdirmək, sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq, yəni qida ilə kifayət qədər vitamin və minerallar almaq, streslərdən mümkün qədər yayınmaqla immun sistemini kifayət qədər aktiv vəziyyətdə saxlamaq mümkündür. Bu halda hətta xəstələnsək belə daha tez sağalar və xəstəliyin fəsadlarından özümüzü qoruya bilərik”.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

