Azadlığın bəyaz rəngi - Xankəndidə qar xatirələri
27.02.2025 [10:44]
Fevral səhərinin sübh şəfəqi Xankəndi şəhərini işıqlandırır, qar dünən gecədən qalan bütün ayaq izlərini örtüb, təbiəti hüzur və sükuta qərq edib. Belə olanda düşünürəm ki, təbiətlə söhbətləşməyin tam zamanıdır. Bəyaz xalçalı küçələrlə addımlayaraq ana təbiətlə görüşə gedirəm. Ağacların incə budaqları donmuş qar dənələri ilə bəzənib. Bu şaxtalı havada qollu-budaqlı çinarlar öz məğrurluğu ilə soyuğa meydan oxuyur. Onların illərlə bu torpaqda kök salması Xankəndiyə öz kökləri ilə bağlı olan insanların qayıdışını tərənnüm edir.
Bu gün ana təbiət əsrarəngizliyinin bütün notlarını nümayiş etdirir. Qar dənələri keçmişdən qalan acı xatirələri silmək üçün torpağın üzərini örtür. Buludların arasında gizlənən günəş şüaları isə qar dənələrini dəyərli almaslara bənzədir. Məncə, bu incə məqamların hər birində təbiət bizə hansısa mesajları verir. Onu duymağa cəhd edirəm, qulağıma pıçıltı ilə deyir:
- Hər şeyin bitdiyi yerdə, həyat yenidən başlaya bilər.
Razı olduğumu bildirmək üçün onun fikirlərini başımla ehmalca təsdiqləyib, yoluma davam edirəm. Hələ sizə danışmalı olduğum çox məqam var. Deyərdim, burada təbiətin gözəlliklərini saymaq üçün geniş bir siyahı lazımdır.
Deyirlər, təbiət insanın ən yaxın dostudur. Onunla söhbət etmək, onun dilini anlamaq, adama həyatın bütün gözəlliklərini bəxş edir. Ağaclar, buludlar, dağlar - hərəsi bir ayrı nəğmə, şeir söyləyir. Onların səsini ürəkdən dinlədikcə biz də bu sehrli aləmin ayrılmaz parçasına çevrilirik.
Küçəmizin başından baxanda uzaqda uca, əzəmətli, başı qarlı, vüqarlı dağlar görünür. Xankəndini nəhəng bir qala kimi əhatələyən dağların sükunəti insanın öz içindəki sükunət axtarışına bənzəyir. Bəzən bu sükunəti pozmaq üçün onları uca səslə salamlayıram. Səsim dağlarda əks olunur. İndi burada qarın altındakı torpaq da, budaqlarda donub qalmış su damcıları da, səssiz gecənin qaranlığında parlayan ulduzlar da həqiqi sahiblərinin səsini, nəfəsini duyur.
Dağların arxasındakı qırmızı işıqları aydın görmək üçün bir-birinə qarışan qarlı zirvələrə doğru yönəlirəm. Mənə görə, dağlar zamanın xatirələrini özündə daşıyan ən məğrur varlıqlardır. Onların hər daşında, qayasında bir hekayə var. Xankəndidə dağlar ən yaxın dostlarımdan birinə çevrilib. Hara getsəm sədaqətli bir müşahidəçi kimi ətrafımda dayanırlar. Onlar mənimlə tez-tez söhbətləşirlər, fəqət fikirləri yalnız küləkli, çovğunlu havalarda aydın sezilir. Külək bizim məktub daşıyan göyərçinimizdir.
Xankəndinin bugünkü mənzərəsi mənə nağıllar aləmini xatırladır. Bu sirli vizuallığın dərinliyində bir məqam da var - azadlıq. Qar sanki azadlığın bəyaz rəngini təsvir edir. Düşünürəm ki, qar azadlıqdırsa, onun örpəyinə bürünən torpaq mübariz xalqımızın simvoludur. İndi Xankəndi şəhərinin mərkəzində dayanıb bu ecazkar mənzərəni izləyəndə azadlığın nə qədər qiymətli olduğunu daha dərindən hiss edirəm.
Səhər saatlarında günəş şüalarının qarı yavaş-yavaş əritməsi Xankəndinin sehrli mənzərəsini bir az da dəyişir. Təbiətin bu incə gözəlliyi bizə deyir ki, hər şeyin öz vaxtı var. Qarın yağıb torpağı örtməsi kimi biz də zamanla bütün əskikləri tamamlayacağıq. Necə ki, bu günə qədər tamamladıq.
Elə bu dəm, buludlar dağların başında toplanır, bir-birinə qarışır, sanki rəqs edirlər. Ardınca dağların başını duman alır. Burada adətən duman şəhərin havasını təmizləmək üçün bir neçə dəqiqəlik dağlardan aşağı enir. Təbiətlə söhbətim bir andaca mənə hər şeyin nə qədər dərin və əzəmətli olduğunu xatırladır.
Əzəmət demişkən, dağların ətəyində gur işıq yandıran, bütün şəhəri nura boyayan Qarabağ Universitetinin önündən keçirəm. Bayaqdan bir xeyli yeridiyimin fərqinə varır və Qarabağ Universitetinin həyətinə çatanda dayanıb nəfəsimi dərirəm. Bizim buralarda Universitetin həyəti bir növ ziyarətgaha çevrilib. Şəhər sakinləri yollarını tez-tez buradan salır, Universitetin həyətindəki skamyalarda əyləşirlər. Çünki bura təkcə təhsil ocağının binası deyil, həm də illərlə ürəyimizdə bəslədiyimiz arzuların gerçəyə çevrildiyi məkandır. Xoşbəxtik, çünki bir zamanlar işğal altında qalan bu bina indi bölgədə elm və təhsilin əsas ünvanına çevrilib. Həyətdə gəzişən tələbələrin ayaq izləri diqqətimi çəkir, qar üstündəki bu izlər yeni bir gələcəyin xəritəsidir. Ataların məşhur bir kəlamı yadıma düşür, haqq nazilər, amma üzülməz.
Xankəndi şəhərinin mərkəzinə çatıram. Bura şəhərin ən əzəmətli nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, bu qədim şəhərin mərkəzində illərlə separatizmin yuvası olmuş binalarda Azərbaycan bayrağı dalğalanır. Onillər boyu azərbaycanlılara qarşı qətliamlar törətmiş vəhşi canilər isə indi həbsdədirlər...
İndi dayandığım yerdə iki il əvvəl Prezident çıxış etmiş və yeni bir dövrün başladığının anonsunu vermişdi. Bu gün öz gözəlliyi ilə bizi valeh edən bu təbiətin, torpağın, elə Allahın da haqq yolundakı mübarizəmizə duası varmış. Ədalət bərpa oldu, haqq öz yerini tapdı.
Xankəndidə bir fevral səhəridir. Sükut içində gəzişir, qarın xışıltısını dinləyirəm. Bilirəm ki, bu sükutun altında yeni reallıqlar cücərməkdədir.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24

