MEK “Azərbaycan Milli Elmlər Akademiyası – 80” adlı virtual sərgi hazırlayıb
29.03.2025 [14:12]
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 27 mart - Elm Günü münasibətilə “Azərbaycan Milli Elmlər Akademiyası – 80” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı yer alıb.
Bundan əlavə, akademiyanın tarixi inkişaf mərhələləri, təsis olunması və fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edilir. “Heydər Əliyev və Elmlər Akademiyası” bölməsində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Akademiyanın fəaliyyətinin intibah dövrü olduğu, ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-nın nüfuzunun, səlahiyyətlərinin və funksiyalarının artırılması sahəsində ciddi addımlar atıldığı qeyd olunub. “Yeniləşmə dövrü” bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksələn xətlə inkişafı proseslərinə uyğun olaraq, akademiyanın modernləşməsi, islahatların aparılması yer alıb.
Akademiyanın ayrı-ayrı illərdəki hesabatları, elmi ədəbiyyat, beynəlxalq elmi konfransların materialları, biblioqrafik göstəricilər, soraq-biblioqrafik məlumat kitabları və digər dəyərli nəşrlər sərgidə müxtəlif dillərdə oxuculara təqdim olunur.
MEK-də ənənəvi formada da təşkil olunan sərgi ilboyu mütəmadi yenilənəcək və davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

