Korrupsiyaya qarşı mübarizədə yenilik...
17.04.2025 [11:03]
Prezident fərman verdi
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə müasir çağırışlara uyğun aparılan dərinməzmunlu islahatlar kursunun tərkib hissəsi qismində çıxış edir. Belə ki, bu istiqamətdə görülən tədbirlər, alınan qərarlar ardıcıl və sistemli səciyyə daşıyır. Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında ərman imzalaması bu istiqamətdə atılan növbəti qətiyyətli addımdır. Bəhs olunan sənəd ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən, qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradan, iqtisadi və sosial inkişafı ləngidən, əlverişli biznes mühitinin formalaşmasına maneçilik törədən korrupsiyanın ölkəmizdə əhatə dairəsinin daha da məhdudlaşdırlmasını hədəfləyir.
Dövlətin qətiyyətli siyasi iradəsi
Bəhs olunan sənədə istinadən deyə bilərik ki, dövlətimizin başçısı respublikamızda korrupsiyanın kökünün kəsilməsində israrlıdır. Hədəflənən nəticənin əldə olunması üçün korrupsiyaya qarşı mübarizənin davamlı şəkildə aparılması, həmçinin effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan dövlətinin ölkədə neqativ hallara qarşı mübarizədə nümayiş etdirdiyi qətiyyət və qazanılan təcrübə təqdirəlayiqdir. Son illər respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası daha da genişəndirlib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ
Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq ərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı yeni ərman ondan xəbər verir ki, dövlət korrupsiyaya qarşı mübarizənin səmərəliliyini daha da artırmaq niyyətindədir. Fərmanla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumlarına hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Dəyişikliklərə əsasən, orrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək. Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Eyni zamanda, qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər. Müvafiq qanuna əlavə edilən yeni maddəyə əsasən isə orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidirlər. Bundan başqa, orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
Cəmiyyətin aktivliyi artacaq
Korrupsiya elə bir ictimai bəladır ki, ona qarşı mübarizədə həm də cəmiyyətin fəallığı və geniş dəstəyi zəruri amil qismində çıxış edir. Nəzərdə tutulan dəyişikliklərin məzmunundan da göründüyü kimi, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılığın artırılması hədəflənib. Korrupsiyanın mövcudluğu vətəndaşların qanuni mənafelərinin qorunmasına ciddi xələl gətirir. Deyə bilərik ki, mənfi təzahürləri hər kəs öz həyatında hiss edir. Belə isə nə üçün cəmiyyət korrupsiyaya qarşı mübarizədən kənarda qalmalıdır?
Son vaxtlar müxtəlif dövlət qurumları yanında ictimai şuraların yaradılması respublikamızda idarəçilikdə cəmiyyətin təmsilçiliyinin təmin olunması istiqamətində atılan mühüm addımdır. Respublikamızda 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasında ilk vaxtlarda müəyyən problemlər yaşanırdı. Hazırda isə ictimai şuralarınn yaradıldığı və uğurla fəaliyyət göstərdiyi mərkəzi icra hakimiyyəti orqanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Həmçinin yerli icra strukturları yanında da ictimai şuralar təşkil olunur. Prezident İlham Əliyevin imzaladığı ərmanla nəzərdə tutulan dəyişikliklər bu istiqamətdə yeni mərhələyə keçidi təmin edəcək. Bundan sonra bu və ya digər qurumda çalışan hər kəsin korrupsiyaya qarşı mübarizənin fəal iştirakçısına çevrilməsinə imkanlar açılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

