Ümumbəşəri bəla...
06.05.2025 [08:39]
İnsan alverinin qurbanı olma!
Dünyanın əksər ölkələrində insan alverinə qarşı mübarizə aparılır. İnsan alveri müasir dünyanın qarşılaşdığı milli və ya transmilli səviyyədə, əksər hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir. Bu cinayətə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiyalar imzalanır. Həmin sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması vacibdir.
Azərbaycanda da insan alverinə qarşı mübarizə geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Yeri gəlmişkən, bu gün İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə hər il mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
Hansı hallar insan alveri hesab olunur?
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında “insan alveri” anlayışı belə təsbit olunub: İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür.
Yeri gəlmişkən, Azərbaycan da bu Konvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib.
Kimlər insan alverinin qrubanı olur?
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında deyilir ki, insan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir. Lakin, eyni zamanda, müdafiəsiz oğlan uşaqları da cinayətkar şəbəkələrin toruna düşürlər.
Dilənçiliklə məşğul olanlar, səfil həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanlarıdır.
Qurbanın normal həyata qayıtması necə baş verir?
İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair qanunvericiliyimizin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir.
Necə mübarizə aparmalı?
Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.
Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar.
Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

