Bakı ürək günləri...
10.05.2025 [10:18]
Təməlində xoş məram, humanizm çağırışları, insanlara qayğı dayanan təşəbbüslər uzunömürlü olur. “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi də sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur.
Bu günlərdə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi uğurla baş tutub. Tədbirin açılışında Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.
Xüsusi məna daşıyan tədbir
Konqresə ümumilikdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah qatılıb. İki gün ərzində 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilib.
Beynəlxalq səviyyədə tanınan “Bakı Ürək Günləri” Konqresinin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması təsadüfi deyil. Bunun xüsusi məna daşıdığını bildirən Prezident İlham Əliyev “Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir”, - deyə vurğulayıb.
Konqres çərçivəsində aparılan müzakirələrdə böyük siyasətçi Heydər Əliyevin keçmiş sovet dönəmində və müstəqilliyimizin ilk illərində respublikamızda səhiyyə sisteminin inkişafı üçün gördüyü genişmiqyaslı işlər xatırlanıb. Məhz Onun təşəbbüsü və fəal səyləri sayəsində hələ sovet dövründə Azərbaycanda bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb. Elmi-Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib. “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”, - deyə səhiyyə nazirinin müavini Nadir Zeynalov konqresdə çıxışında vurğulayıb.
Ölkəmizdə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait var
Sonrakı mərhələdə bütün istiqamətlərdə Heydər Əliyev siyasətinin varisliyini yüksək səviyyədə təmin edən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə genişməzmunlu səhiyyə islahatları reallaşdırılıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu sahədə ardıcıl olaraq yeni-yeni layihələr reallaşdırılır. Bütün ölkə boyunca müasir səhiyyə infrastrukturunun formalaşması məmnunluq doğurur. “İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Sevindirici haldır ki, bölgələrdə də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi yüksək peşəkarlıqla həyata keçirilir.
Xüsusilə də icbari tibbi sığortanın tətbiqi digər istiqamətlər kimi, kardiologiya sahəsinin inkişafına da müsbət təsir göstərib. Son illərdə icbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb. Nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

