“ASAN Xidmət” təcrübəsi bütün dünyaya yayılır...
25.07.2025 [10:37]
Azərbaycanın milli brendi Seneqalda...
Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin adekvat şəkildə təkmilləşdirilməsini, bu sahədə səmərəliliyin yüksəldilməsini şərtləndirir. Respublikamızda aparılan islahatların mühüm bir qolu məhz institusional sferanı əhatə edir. Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması, xüsusilə vətəndaşlara ictimai xidmətlərin göstərilməsində inklüzivliyin təmin olunması böyük aktuallıq kəsb edir.
Vətəndaşlara şəffaf xidmət nümunəsi
Qeyd edək ki, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Bu kontekstdə, dövlət orqanları tərəfindən əhaliyə bir çox xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Ölkəmizin intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas niyyət insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkil etmək olub. Və qarşıya qoyulan məqsədlərə də nail olunub.
Digər tərəfdən, xüsusi vurğulanmalıdır ki, “ASAN Xidmət” ölkəmizdə ilk analoji platformadır. Bu qurum yaradılanadək Azərbaycanın belə bir təcrübəsi olmayıb. Yarandıqdan sonra isə bu istiqamətdə ciddi nəticələr əldə olunur.
Azərbaycanla Seneqal arasında imzalanmış Memorandum təsdiqlənib
Azərbaycanın milli brendi olan “ASAN Xidmət”in uğurlu fəaliyyətinin nəticəsidir ki, bir çox ölkələr bu təsisata kifayət qədər böyük maraq göstərir. Yeri gəlmişkən, qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu sənəd cari il iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı imzalanıb. Səfər zamanı Seneqalın naziri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşüb. Ü.Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib. Həmçinin tərəflər arasında imzalanan əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb.
Seneqallı nazir isə “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Səfər zamanı qonaqlar “ASAN xidmət” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar. Həmçinin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib. Xatırladaq ki, Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Bakıda səfərdə olan Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Azərbaycanın “ASAN xidmət” təcrübəsini həyata keçirmək üçün tədbirlər gördüyünü deyib.
Məlumdur ki, artıq bir sıra ölkələr “ASAN Xidmət” təcrübəsini tətbiq edir. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, İndoneziya, Monteneqro və s. ölkələrlə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bu yaxınlarda isə Efiopiya və Ruanda ilə anoloji sənəd imzalanıb.
Milli brendimiz beynəlxalq sertifikatlara layiq görülüb
Göründüyü kimi, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada tanınır. Buna nümunə kimi bir sıra uğurları xatırlada bilərik. Məsələn, 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bu təşkilat 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub. Perspektivdə isə Azərbaycanın intellektual brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

