Ümumbəşəri sosial bəla...
30.07.2025 [10:47]
İnsan alverinə qarşı necə mübarizə aparaq? İnsan alveri müasir dövrümüzdə ən aktual problemlərdən biridir. Bir çox dünya ölkələrində baş verən bu hadisənin qurbanları kişi, qadın və uşaqlar ola bilər. Bu cinayətə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiyalar imzalanır. Həmin sənədlərdə vurğulanır ki, insan alverinə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması vacibdir.
32 milyard dollar gəlir...
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir. BMT-nin hesabatına görə, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir. Bu qurbanların sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğulolan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilib.
Hər üç qurbandan biri uşaqdır...
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə, hər il 1,2 milyon uşaq uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti
artmaqdadır: hər üç qurbandan biri uşaqdır. İnsan alverinin qurbanı olan hər üç uşaqdan ikisi qızlardır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamasına görə, məcburi əməyə məruz qalanların 40 -50 faizi 18 yaşınadək olanlardır.
İnsan alveri necə baş verir?
İnsan alverində əsas məqamlardan biri qurbanın istismara cəlb edilməsidir. Qurbanları cəlb edən şəxslər onlara çoxlu yalan vədlər edirlər. Bəzi hallarda qurban nə işlə məşğul olacağını əvvəlcədən bilir, amma hansı şərtlərlə qarşılaşacağını təsəvvür etmir. İnsanları istismara cəlb edənlər tez-tez KİV-də yalançı elanlar verir, internetdə saxta saytlar açır, bəzən isə saxta işəgötürmə agentlikləri də yaradırlar. Onlar uşaq dayələri, xəstə baxıcısı, evlərə yardımçı, ofisiant, model, rəqqasə və s. işlər təklif edirlər. Verilən vədlər çox inandırıcı və cəlbedici olur. İnsanları belə işlərə cəlb edənlər, onların yaxın dost, rəfiqə və hətta qohumları da ola bilərlər.
Qurban hansı təzyiqlərlə üzləşir?
Qurban azad hərəkət edə bilmir, onu adətən borc tələsinə salır və işləyərək, onun üçün ödənilən pulların əvəzini çıxmağa məcbur edirlər. Nəticədə, pulun miqdarı getdikcə artır, üstünə faizlər, qurbanın saxlanılması üçün xərclənən pullar, müxtəlif cərimələr gəlir. Qurbanın sənədləri alınır, sərbəst hərəkət etməsinə və yaxınları ilə ünsiyyət qurmasına qadağalar qoyulur.
Hansı hallar insan alveri hesab olunur?
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında “insan alveri” anlayışı belə təsbit olunub: İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür.
Yeri gəlmişkən, Azərbaycan da bu ?onvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib. Bu gün - iyulun 30-u İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Ölkəmizdədə insan alverinə qarşı mübarizə geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”hazırlanıb.
Necə mübarizə aparmalı?
Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir. Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri və hüquqi baza barədə məlumatlı olmalıdırlar. Ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

