Uşaqlar məktəbdən niyə yayınırlar?
15.08.2025 [11:24]
Heç kəsə sirr deyil ki, uşaqlar yuxarı siniflərə keçdikcə dərslərdən yayınma halları çoxalır. Bəzilər bunun kökündə “repetitor amili”ni əsas götürsələr də, məsələnin kökündə başqa nədənlərin olduğunu da görmək mümkündür. Doğrudur, məktəblilərin çoxu, xüsusən də məktəb tədrisi ilə qane olmayıb repetitor, yaxud müxtəlif təlim-tədris kurslarının xidmətindən istifadəyə üstünlük verir. Hətta valideynlər də uşaqlarını məktəbə deyil, repetitora yönəldirlər, amma bunun, məktəb tədrisi vaxtı ilə uzlaşdırılmalı olduğuna diqqət ayırmırlar...
Elə uşaqlar da var ki, repetitorla məşğul olmasa belə, məktəbə getmək istəmir, dərsdən yayınır. Bu uşaqları məktəbdən ayıran səbəblər isə müxtəlifdir. Bəziləri müəllimlərin şagirdlərə qarşı “aqressiv” davranışını əsas gətirsə də, digərləri məsələni tam başqa səmtə yönəldir. Məsələn, sinifdə xoşagəlməz hadisələrdən sığortalanmaq, kollektivin ona pis münasibəti, təzyiq, uyğunlaşma çətinlikləri və s.
Nəzərə alaq ki, uşaqların formalaşması üçün ailə qədər təhsil müəssisələrinin də rolu böyükdür. Belə durumun hələ uşaq yaşlarında neqativ hadisələrlə üz-üzə qalan, bundan çıxış yolunu məktəbə getməməkdə görən şagirdlərin psixikasına, onların gələcək həyatına təsirsiz ötüşməyəcəyinə şübhə qalmır. Çıxış yolu isə belə problemlərin yaranmaması üçün maarifləndirmə işlərinin aparlmasıdır.
Uşaqların Psixi Sağlamlığı Vəqfi adından aparılan yeni sorğu ABŞ-d uşaqlar arasında məktəbdən yayınma hallarının ciddi ölçüdə yadığını ortaya qoyub.
“MedicalXpress” portalı xəbər verir ki, araşdırmaya görə, keçən il övladının qorxu və ya narahatlıq səbəbilə məktəbə getmədiyini bildirən valideynlərin təxminən üçdə biri (30 faiz) uşaqlarının bir həftədən artıq məktəbə davam etmədiyini diqqətə çatdırıb.
Sorğuda 1000-dən çox valideyn iştirak edib və nəticələr göstərib ki, məktəbi buraxan hər beş şagirddən ikisi (42 faiz) özünü fiziki olaraq iştirak üçün kifayət qədər yaxşı hiss etmədiyini, 20 faizi isə həddindən artıq yorğunluq səbəbi ilə məktəbə getmədiyini bildirib. Mütəxəssislər vurğulayırlar ki, uşaqlarda fiziki simptomlar çox zaman narahatlıq kimi psixi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Milli Sağlamlıq İnstitutlarının (NIH) məlumatına əsasən, məktəbdən yayınma halları ən çox 10-13 yaş arası və məktəb dəyişən uşaqlar arasında müşahidə olunur. Uşaqların Psixi Sağlamlığı Fondunun icraçı klinik direktoru, uşaq psixoloqu Ariana Hoet bildirir ki, məktəbdən yayınma səbəbləri arasında sosial narahatlıq, zorakılıq, uyğunlaşma çətinlikləri, imtahan və ya ictimai danışıq qorxusu, həmçinin diaqnoz qoyulmamış öyrənmə çətinlikləri əsas yer tutur.
A.Hoet qeyd edir ki, valideynlərin uşaqları qoruma instinktinə görə onları evdə saxlaması qısa müddətdə rahatlıq versə də, uzunmüddətli perspektivdə narahatlıq hissini gücləndirə bilər: “Narahatlıq doğuran vəziyyətlərdən qaçmaq, problemin daha da böyüməsinə gətirib çıxarır. Uşaqların güclü duyğularının öhdəsindən gəlmələrinə dəstək olmaq üçün onlarla açıq söhbət aparmaq vacibdir”.
Mütəxəssislər, valideynlər və tərbiyəçilər üçün sübuta əsaslanan pulsuz resursların mövcud olduğunu, bunların məktəbdən yayınmanın səbəblərini anlamağa və uşaqlara uyğun dəstək göstərməyə imkan yaratdığını vurğulayırlar.
Bu nəticələr məktəbdən yayınma ilə mübarizə aparmaq üçün valideynlərin və təhsil müəssisələrinin daha aktiv və koordinasiyalı addımlar atmasının zəruriliyini ortaya qoyur.
Yeganə
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

