Gizli düşmən...
03.10.2025 [08:52]
Alkoqol insanları fiziki və mənəvi uçuruma sürükləyir
Alkoqollu içkilərin sağlamlığa mənfi təsirlərini saymaqla bitməz. Bu asılılıq müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur. Bu içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Belə ki, alkoqollu içkilər beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Bir çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına şərait yaradır. Spirtli içkilər, həmçinin qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsi ilə nəticələnir.
Dünya əhalisinin 45 faizi...
Hər zaman spirtli içkilərin sağlamlığa mənfi təsirləri barədə danışılır. Müxtəlif maarifləndirici məlumatlar verilir. Baxmayaraq ki, alkoqol qəbulu bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə ənənədir, lakin dünya əhalisinin 45 faizi, qadınların isə 55 faizi heç zaman alkoqol qəbul etməyib.
Yeri gəlmişkən, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Dünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd olunur. XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib. Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlar alkoqolun sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.
Spirtli içkilərin fəsadları...
Spirtli içkilər insanın spermatozoidlərinə və onları istehsal edən hüceyrələrdə xoşagəlməz təsirlər yaradır. Almaniyalı həkimlər sübut ediblər ki, spirtli içkilərin acınacaqlı təsirləri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir. Spirtli içkilərə qurşanan şəxslərin nəsli azalaraq tamamilə kəsilə bilir. Amerikalı alim doktor Nalin bildirib ki, bir sağlam kişidən orta hesabla on bir sağlam övlad əmələ gələ bilər. Halbuki, spirtli içkilərə qurşanan şəxsdən 1-3 nəfər belə sağlam övlad dünyaya gəlmir. Dünyaya gələn övladlar da müxtəlif ruhi və fiziki xəstəliklərə, o cümlədən infarkt, əsəbilik, dəlilik, əqlin normal inkişaf etməməsi, qan azlığı və sair kimi xəstəliklərə düçar olur, daim ruhi və fiziki çatışmazlıqlardan əziyyət çəkirlər.
Alkoqol asılılığı olanlar içməyənlərə nisbətən 15 il az yaşayır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə alkoqoldan sui-istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur (birinci yerdə ürək-damar xəstəlikləri, ikinci yerdə isə onkoloji xəstəliklərdir). Alkoqoliklər içməyənlərə nisbətən 15 il az yaşayır. Onların yalnız 25 faizi 50 illik sərhəddi keçir.
Xoş əhval-ruhiyyə yaratmaq?
ÜST-ün məlumatına görə, alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və sair göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil.
Spirtli içki alüdəçiləri bəzən bu xoşagəlməz vərdişlərini gizlətməyə çalışsalar da, alkoqolizm sadəcə, şəxsi bir məsələ deyil. Bu, geniş sosial və ailəvi təsirlərə səbəb olan böyük bir problemdir. İnsanların bu xəstəliyi sadəcə “güclü iradə çatışmazlığı” kimi görmələri onların daha çox travma və çətinliklərlə üzləşməsinə səbəb olur. Bu baxımdan spirtli içki alüdəçilərinə yardım etmək həm fərdi, həm də kollektiv məsuliyyətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

