/ / Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır FƏRMAN
Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır FƏRMAN
21.11.2025 [16:47]
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən,
1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (bundan sonra – MİRAS) yaradılacaq.
2. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilir.
3. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
4. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edəcəklər.
5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti:
5.1. MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görəcək;
5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə MİRAS-ın “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görəcək.
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət İmtahan Mərkəzi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə bu Fərmanın 2-ci hissəsi ilə təsdiqlənən Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Xəbər lenti
Hamısına baxSosial
09 Dekabr 14:10
Hərbi
09 Dekabr 14:09
Sosial
09 Dekabr 14:06
Siyasət
09 Dekabr 14:05
Gündəm
09 Dekabr 13:36
Gündəm
09 Dekabr 13:34
İqtisadiyyat
09 Dekabr 12:34
Siyasət
09 Dekabr 12:22
Gündəm
09 Dekabr 12:07
Siyasət
09 Dekabr 11:58
Siyasət
09 Dekabr 11:43
MEDİA
09 Dekabr 11:35
Hadisə
09 Dekabr 11:29
Sosial
09 Dekabr 11:25
Hadisə
09 Dekabr 11:24
İqtisadiyyat
09 Dekabr 11:23
İqtisadiyyat
09 Dekabr 11:22
Siyasət
09 Dekabr 11:14
Siyasət
09 Dekabr 11:05
Analitik
09 Dekabr 10:58
Mədəniyyət
09 Dekabr 10:34
Sosial
09 Dekabr 10:12
Ədəbiyyat
09 Dekabr 09:57
Analitik
09 Dekabr 09:32
Analitik
09 Dekabr 09:15
Sosial
09 Dekabr 08:53
Sosial
09 Dekabr 08:38
Gündəm
08 Dekabr 22:56
Sosial
08 Dekabr 22:54
Gündəm
08 Dekabr 22:24
Sosial
08 Dekabr 22:19
Gündəm
08 Dekabr 21:53
Gündəm
08 Dekabr 21:41
Dünya
08 Dekabr 21:17
Dünya
08 Dekabr 20:49
Dünya
08 Dekabr 20:22
Xəbər lenti
08 Dekabr 19:51
Dünya
08 Dekabr 19:18
Gündəm
08 Dekabr 18:49
Gündəm
08 Dekabr 18:46
Dünya
08 Dekabr 18:27
Analitik
08 Dekabr 18:01
Gündəm
08 Dekabr 17:52
Dünya
08 Dekabr 17:45
YAP xəbərləri
08 Dekabr 16:42
İdman
08 Dekabr 16:30
Siyasət
08 Dekabr 16:22
MEDİA
08 Dekabr 16:20
Siyasət
08 Dekabr 15:59
Siyasət
08 Dekabr 14:18
Dünya
08 Dekabr 13:56
Siyasət
08 Dekabr 13:51
Siyasət
08 Dekabr 13:46
Siyasət
08 Dekabr 13:46
Elm
08 Dekabr 13:01
Sosial
08 Dekabr 12:59
Siyasət
08 Dekabr 12:54
Mədəniyyət
08 Dekabr 12:40
Dünya
08 Dekabr 12:29
İqtisadiyyat
08 Dekabr 12:19
İqtisadiyyat
08 Dekabr 12:18
Hadisə
08 Dekabr 12:17
Gündəm
08 Dekabr 12:17
Sosial
08 Dekabr 12:08
Dünya
08 Dekabr 11:53
Gündəm
08 Dekabr 11:31
Siyasət
08 Dekabr 11:22
Dünya
08 Dekabr 11:19
Elanlar
08 Dekabr 11:14
İqtisadiyyat
08 Dekabr 11:12

