Onları qorumalıyıq
30.11.2025 [10:30]
Hər saatda üç növ heyvan yoxa çıxır
Ev heyvanlarının mühafizəsi yalnız hüquqi məsuliyyət deyil, həm də əxlaqi bir borcdur. İnsanlar və heyvanlar arasındakı əlaqənin dərinliyini anlamaq, ev heyvanlarına daha yaxşı bir həyat təmin etmək üçün bütün cəmiyyətin birgə çalışması tələb olunur. Ev heyvanları yalnız məkanlarımızı bəzəmək üçün deyil, həyatımıza dəyər qatmaq üçün var. Onları qorumaq, həm də insanlığımızı qorumaqdır.
Yer kürəsində hər saatda üç növ heyvan yoxa çıxır. Bu barədə Ümumdünya Təbiət Fondunun (WWF) məlumatında qeyd olunub. Bildirilib ki, belə getsə, yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddə biri yoxa çıxacaq. 1970-2023-cü illər arasında məməlilərin, quşların, suda-quruda yaşayanların, sürünənlərin və balıqların populyasiyaları orta hesabla 68 faiz azalıb.
“Əhliləşdirdiyin heyvanlara görə həmişə cavabdehsən”
Hər il noyabrın 30-da bir sıra ölkələrdə Ümumdünya Ev Heyvanları Günü qeyd edilir. Əlamətdar günün təsis edilmə ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. O vaxt müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildirirdi. O vaxtdan bəri hər il qeyd olunan, insan tərəfindən əhliləşdirilmiş bütün heyvanlara həsr edilən bu bayram “dördayaqlı dostlarımız”ın taleyinə görə məsuliyyət daşıdığımızı bütün bəşəriyyətə xatırladır.
Həmin günün devizi kimi Antuan de Sent-Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bu sözləri seçilib: “Sən əhliləşdirdiyin heyvanlara görə həmişə cavabdehsən”.
Son illər Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır. Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.
“Qırmızı kitab”ın rolu böyükdür
Azərbaycan heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatıb.
Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb.
Nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. 2023-cü ilin mayında çap olunan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Təəssüf ki, “Qırmızı kitab”a düşən növlərin sayında artım var. Buna səbəb antropogen təsirlərlə yanaşı, iqlim dəyişiklikləri və fauna növləri haqqında məlumatın kitab çap olunana qədər kifayət qədər olmamasıdır.
Azərbaycanda 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması ilə bağlı layihə həyata keçirilir. Layihələr çərçivəsində ceyranların, bəbirlərin, zubrların reintroduksiyası həyata keçirilib. Nəcib maral, bezoar keçiləri, tirəndaz, Şərqi Qafqaz turu, köpgərin də təbii areallarının bərpası istiqamətində işlər görülür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

