TƏBİB: Respirator xəstəliklərdən qorunmağın ən effektli yolu vaksinasiyadır
09.01.2026 [21:58]
Qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə edilir. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
Bu barədə TƏBİB-dən AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.
Həmçinin vurğulanıb ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya verilir.
Qeyd olunub ki, bu xəstəliklərdən qorunmağın ən effektli yolu vaksinasiyadır: “Bir çox respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən tibb müəssisələrində aparılır. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir. Şəxsi gigiyenaya riayət edilməsi də profilaktika metodu hesab olunur (əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, ev və şəxsi əşyaları dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s.)”.
Diqqətə çatdırılıb ki, yaşı 65-də yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslər yüksək risk qrupuna aid edilir. Hərarət, burun axıntısı və tutulması, boğaz və başağrısı, öskürək, halsızlıq, bəzən ürəkbulanma və qusma isə simptomlara aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə və oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə isə mütləq həkimə müraciət olunmalıdır.
Eyni zamanda, qeyd edilib ki, respirator xəstəlik, əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın ümumi adıdır. Respirator xəstəliklərin etimologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər. Respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur. Respirator xəstəliklər sırasına əsasən, qrip, paraqrip, göyöskürək, difteriya, skarlatina, koronaviruslar, adenovirus, rinovirus infeksiyaları və digər kəskin respirator infeksiyalar aiddir. “Hər il payız-qış mövsümlərində kəskin respirator infeksiyaların və qrip epidemiyalarının yayılması müşahidə edilir. Bildiyimiz kimi, törədici virusların genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir”, - deyə cavabda bildirilib.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

