Ağsu dolaylarında qar və buzlaşma: hərəkət çətinləşib
21.01.2026 [11:10]
Bir neçə saatlıq fasilədən sonra Ağsu rayonunda yenidən qar yağmağa başlayıb. Yağan qar və şaxtalı hava şəraiti səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissələrində, xüsusilə gecə saatlarında yolun hərəkət hissəsində buzlaşma yaranıb.
16 saylı Yol İstismar İdarəsinin baş mexaniki Ayaz Musalı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yolun qardan və buzdan operativ təmizlənməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 saylı Yol İstismar İdarəsinin və Avtomobil Yollarının Mühafizəsi Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub.
Onun sözlərinə görə, yolun hərəkət hissəsində, xüsusilə enişli-yoxuşlu və sərt döngəli sahələrdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün qum-duz qarışığı səpilməklə profilaktik tədbirlər görülür. Güclü külək və yağıntı səbəbindən yolun bəzi hissələrində yenidən buzlaşma yarandığından təmizləmə işləri fasiləsiz davam etdirilir.
Gecə saatları olmasına baxmayaraq, ərazidə işlər dayandırılmayıb. Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən 24 saatlıq növbəli iş rejimində yolun təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görülür.
Eyni zamanda, Ağsu Rayon Polis Şöbəsinin və Yol Patrul Xidmətinin əməkdaşları qarlı hava şəraiti ilə əlaqədar Ağsu dolaylarında nəzarət tədbirlərini gücləndiriblər. Polis əməkdaşları dolaylara daxil olan nəqliyyat vasitələrini saxlayaraq sürücülərlə maarifləndirici söhbətlər aparır, avtomobillərin qarlı və buzlu yollarda hərəkət üçün texniki cəhətdən yararlılığını yoxlayır və mövcud yol şəraiti barədə sürücülərə ətraflı məlumat verirlər.
Hazırda bölgədə qar yağması davam edir. Sinoptiklərin məlumatına görə, səhər saatlarında havanın temperaturunun aşağı düşməsi səbəbindən buzlaşma ehtimalı yüksəkdir. Bu səbəbdən sürücülərə mümkün qədər Ağsu dolayları istiqamətində hərəkət etməmək, zərurət yarandıqda isə sürət həddinə əməl etmək, ara məsafəsini qorumaq və qış təkərlərindən istifadə etmək tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

