Mərhəmət çağırışı!
11.02.2026 [08:51]
Xəstəyə uzadılan əl dərmandan da təsirli ola bilər...
Ümumdünya Xəstələr Günüdür
Xəstəlik insanı təkcə fiziki baxımdan sarsıtmır, insanın ümidini, səbrini, bəzən də inamını sınayır. Bir palatada saatların necə uzandığını, gecələrin nə qədər səssiz və ağır keçdiyini yalnız bunu yaşamış xəstələr bilir. Müasir dövrdə texnologiya və tibbin inkişafına baxmayaraq, xəstəliklər hələ də insanlığı ciddi şəkildə təhdid edir. Stresli həyat tərzi, ekoloji problemlər, düzgün qidalanmama və hərəkətsizlik bir çox xəstəliklərin yaranması üçün əsas səbəbə çevrilib.
Tibbi təqvimdə Xəstələr Gününün olmasından bəlkə də çoxları xəbərsizdir. Əslində bu gün hamıya aid olsa da, ağrı-acıdan uzaq elə insanlar var ki, onların sağlamlıq durumu həkim qapısı döyməyə ehtiyac yaratmır. Məşhur rus yazıçılarından birinin dediyi kimi, ağrı hiss edirsənsə, canlısan, başqalarının da ağrısını hiss edirsənsə, insansan.
11 fevral Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün düşünülüb. Bu gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.
Tibb nə qədər inkişaf etsə də, elə xəstəliklər var ki, müasir tibb də onun qarşısında aciz qalır. Bəşəriyyətin mübarizə etdiyi xəstəliklərin bəzisi yüngül olur və müalicə ilə aradan qaldırıla bilir. Nadir və çarəsi bilinməyən xəstəliklər üçün isə heç bir dərman kəşf olunmayıb və çox güman ki, onlar hələ uzun illər boyu bəşəriyyətdə böyük bir sirr olaraq qalacaq.
“Daş adam sindromu”
Nadir xəstəliklərdən olan “Daş adam sindromu”ndan əziyyət çəkən insanlarda zamanla bədəndəki əzələlər, vətərlər və birləşdirici toxumalar sümükləşir. Tibbi adı “Fibrodysplasia Ossificans Progressive (FOP)” olaraq bilinən bu xəstəlik dünyada 2 milyon insandan yalnız birində rast gəlinir, lakin hələ də müalicəsi yoxdur.
“Qaçış sindromu”...
Bu xəstəliyə tutulan xəstələrin yüzdə 25-30-u ölüm riski yaşayır. “Qaçış sindromu” dünyada yalnız 60 nəfərdə rast gəlinib. Ayaqlarda şişmə və halsızlıq ilə başlayan xəstəlik nəfəs darlığı, təngnəfəslik, böyrəklərin fəaliyyətinin dayanması, təzyiqin enməsi və orqan çatışmazlığına səbəb ola bilir.
Erkən yaşlanma
Tibbdə adı Progeriya olan erkən yaşlanma dünyada 5 milyonda bir görülən xəstəlikdir. Bu xəstəlik daşıyıcılarında zəka və beyin inkişafı normal olsa da, orqanlar və dəri sürətli şəkildə qocalır. Xəstələrin çoxu ən azı 15 yaşına qədər yaşaya bilir. Modern tibbdə müalicəsi olmayan Progeriyaya bu günə qədər 30 nəfərdə rast gəlinib.
Əlamətdar gün bizə xatırladır ki, insanı insan edən yalnız sağlam bədən deyil, başqasının ağrısını hiss edə bilən ürəkdir. Xəstəyə uzadılan hər bir əl, deyilən hər bir xoş söz, göstərilən hər bir anlayış bəzən ən güclü dərmandan da təsirli ola bilər. Bu günü qeyd edərkən gəlin təkcə xatırlamayaq, həm də dəyişək, münasibətimizi, davranışımızı və mərhəmət ölçümüzü...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Mart 18:03
Xəbər lenti
16 Mart 17:53
Xəbər lenti
16 Mart 17:44
YAP xəbərləri
16 Mart 17:30
Dünya
16 Mart 17:18
YAP xəbərləri
16 Mart 16:49
Hadisə
16 Mart 16:38
YAP xəbərləri
16 Mart 16:23
Siyasət
16 Mart 16:21
Dünya
16 Mart 16:20
Gündəm
16 Mart 16:19
Sosial
16 Mart 16:17
Elm
16 Mart 16:02
İqtisadiyyat
16 Mart 15:47
Mədəniyyət
16 Mart 15:46
Mədəniyyət
16 Mart 15:46
Hadisə
16 Mart 15:37
Sosial
16 Mart 15:14
Elm
16 Mart 14:57
YAP xəbərləri
16 Mart 14:51
İdman
16 Mart 14:48
YAP xəbərləri
16 Mart 14:40
İqtisadiyyat
16 Mart 14:38
İdman
16 Mart 14:34
Sosial
16 Mart 14:31
Sosial
16 Mart 14:30
Gündəm
16 Mart 14:20
Dünya
16 Mart 14:20
YAP xəbərləri
16 Mart 13:55
Dünya
16 Mart 13:29
YAP xəbərləri
16 Mart 13:23
Dünya
16 Mart 12:53
Gündəm
16 Mart 12:42
İdman
16 Mart 12:27
Din
16 Mart 12:17
Gündəm
16 Mart 12:16
İqtisadiyyat
16 Mart 12:11
İqtisadiyyat
16 Mart 12:10
Sosial
16 Mart 12:00
Sosial
16 Mart 11:58
YAP xəbərləri
16 Mart 11:47
YAP xəbərləri
16 Mart 11:41
Dünya
16 Mart 11:40
Hərbi
16 Mart 11:34
Dünya
16 Mart 11:14
Dünya
16 Mart 10:58
Gündəm
16 Mart 10:53
YAP xəbərləri
16 Mart 10:39
Gündəm
16 Mart 10:38
Dünya
16 Mart 10:22
Sosial
16 Mart 09:45
Mədəniyyət
16 Mart 09:38
Dünya
16 Mart 09:17
Dünya
16 Mart 08:51
İdman
16 Mart 08:20
Dünya
16 Mart 07:47
Siyasət
15 Mart 23:31
Dünya
15 Mart 23:11
Dünya
15 Mart 22:27
Dünya
15 Mart 21:23
Elm
15 Mart 20:36
Dünya
15 Mart 19:17
Dünya
15 Mart 18:24
Hadisə
15 Mart 17:30
Dünya
15 Mart 16:21
Sosial
15 Mart 15:49
Dünya
15 Mart 14:42
Dünya
15 Mart 13:17
Dünya
15 Mart 12:30
Hadisə
15 Mart 11:25

