Mehdiyevin 17 milyonluq cinayəti, başqalarınınsa ona tay qəbahəti... Aydın QULİYEV yazır…
15.02.2026 [20:03]
Günlərdir ki, ölkə Ramiz Mehdiyevin evindən çıxmış 17 milyon dollar çirkli puldan danışır. Hələ bu hamısı deyil... Əmlaklar, səhmlər, Rusiya banklarında depozitlər, hədiyyə verilmiş qızıl-brilyantlar… qabaqda nələrsə də var. Sözüm bu deyil…
Mehdiyevin 17 milyon pulu haqda bu gün bəziləri özündən müştəbeh, "dahiyanə əda" ilə elə təkliflər verir ki, adamın "əli üzündə qalır"… Biri deyir ayrıca qanun qəbul olunsun, belə pullar təhsilin, mədəniyyətin dirçəldilməsinə yönəldilsin, biri deyir pensiyaların artımına yönəldilsin, o biri deyir evsizlərə ev verilsin və sair…
Bu deyilən sahələrin hər birinin sözsüz ki, əlavə dəstəyə ehtiyacı var... Ancaq bu pullar yəqin ki, başbilənlərin məsləhət bildiyi istiqamətlərə yönəldiləcək, büdcəyə qaytarılacaq və sair… Ancaq təkliflər bəzən elə adamlardan gəlir ki, tutub yaxasından soruşmaq istəyirsən ki, Mehdiyevkimilər bu cinayətləri törədəndə sən nüfuzundan, ictimai statusundan istifadə edərək niyə bir dəfə səsini çıxarmadın, niyə bircə cümlə yazıb demədin ki, Mehdiyevkimilərin əməlləri nəticəsində evlərdə kağız qutularda "çirkli milyonlar" yığılır... Axı Mehdiyev və onunkimilər bu pulları bir dəfəliyə qazanmayıblar, illərlə, anbaan, saatbasaat törədilmiş qanunazidd əməllərin pul şəkli almış formasıdır… Ən pisi odur ki, bu günkü "təklif qəhrəmanları" bəzən daşıdıqları statusun mahiyyətini də sanki anlamırlar və fərqinə varmırlar ki, Mehdiyev bəlli vəzifədə otururkən şair, yazıçı, ictimai, siyasi xadimlər onun barəsində açıq və cəsarətli danışa bilsəydilər, iş gəlib evlərdən çıxan milyonlarla “çirkli pul” həddinə çatmazdı… Hələ onu demirəm ki, Mehdiyevin və mehdiyevçilərin əməlləri üzündən minlərlə ləyaqətli və təmiz insanın həyatını alt-üst olmaqdan xilas etmək olardı... İş-işdən keçəndən sonra özlərini "post-faktum qəhrəman” və ya müdrik vətənsevərlər kimi göstərməyə çalışırlar... Mehdiyevinki cinayətdir, buna şübhə ola bilməz, onu görüb susanlarınkı isə qəbahətdir... Cinayətə tay qəbahət...
Ayıbdır, vallah...
Zamanında Mehdiyevin qılıncından, bütün ölkə boyu yaratdığı şantajçı, qisasçı dəstədən qorxmadan sözünü deyənlər var idi axı…
Yeri deyil, yoxsa bir neçə konkret adlar çəkərdim…
Aydın QULİYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

