Cibimizi boşaldan israfçılıq...
25.02.2026 [08:30]
Yas mərasimlərindəki maddi yük azaldılmalıdır
Dəbdəbəli, israfçılıqla müşayiət olunan yas mərasimləri cəmiyyətdə birmənalı qarşılanmasa da, hələ də belə mərasimlərə rast gəlmək mümkündür. Zaman-zaman yas mərasimlərinin daha sadə keçirilməsi üçün kifayət qədər müzakirələr aparılıb, çağırışlar edilib, tövsiyələr verilib, hətta ortaya nümunələr də qoyulub. Lakin bəzi insanlar maddi imkanları olmasa belə, cəmiyyət içində hörmət qazanmaq üçün ehsana nəyi var pul xərcləyirlər. Əks halda xəsis damğası ilə üzləşməkdən qorxurlar. Bu, sanki bir növ sosial şantajdır, yəni sən istəməsən də, “camaat nə deyər?” təzyiqi sənin yerinə qərar verir...
İsrafçılığın aradan qaldırılması üçün...
Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Komitədən bildirilib ki, ?ollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcək. Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri, eləcə də gündəlikdə olan digər məsələlər barədə məruzələr dinlənilib.
“Qonşudan geri qalmamaq” misalı
Sosioloq Üzeyir Şəfiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yas mərasimlərinin təşkili cəmiyyətimizdə daim müzakirə olunan bir məsələdir və ümumiyyətlə ehsan verilməsi bir sıra rayonlarda haqlı olaraq ictimai qərar əsasında qadağan olunub. Onun sözlərinə görə, bu, əslində cəmiyyətin özünü tənzimləmə mexanizminin düzgün işlədiyini göstərən çox müsbət bir haldır: “Arzu olunur ki, oxşar qərarlar bütün Azərbaycanda da tətbiq olunsun, çünki bu cür mərasimlər çox vaxt artıq və lüzumsuz xərclərlə müşayiət olunur. Müvafiq xərclər daha çox sosial auditoriyaya hesablanmış, “qonşudan geri qalmamaq” düşüncəsinin nəticəsi olan davranışlardır. Belə adətlərin yığışdırılması həm sosial, həm də iqtisadi baxımdan daha məqsədəuyğundur”.
Dəbdəbəli ehsanların ölüyə heç bir faydası yoxdur
Ü.Şəfiyevin sözlərinə görə, yas mərasimlərin daha təvazökar və sadə keçirilməsi doğrudur: “İnsanlara gərək sağlıqlarında dəyər verək. Ölümündən sonra göstərilən dəbdəbəli ehsanların ölüyə heç bir faydası yoxdur və bu, yalnız el-aləmə göstərmək məqsədi daşıyır. Valideynlərinə və yaxınlarına sağlıqlarında dəyər verməyən, amma ölümündən sonra böyük xərclərlə mərasim keçirən insanların davranışı isə bəzən cəmiyyətdə ikrah və qınaq da doğurur”.
Qəbir daşlarına həddindən artıq pul xərcləmək...
Sosioloq qeyd edib ki, eyni sözləri baş daşları ilə bağlı da demək mümkündür: “Bəzən ölən şəxsə dəbdəbəli, bahalı baş daşları da qoydururlar. Bu da eyni şəkildə göstəriş xarakteri daşıyır və heç bir real mənası yoxdur. Üstəlik, dini dəyərlərimizə də uyğun deyil. İslama görə, qəbir sadə olmalı, zaman keçdikcə təbii şəkildə itməlidir ki, 30-40 ildən sonra həmin yerdə başqa bir dəfn mümkün olsun. Ona görə də baş daşlarına həddindən artıq pul xərcləmək həm dini, həm də sosial baxımdan əsaslı deyil. Bu sahədə ictimai tənzimlənməyə ehtiyac var və cəmiyyət özü bu istiqamətdə addımlar atmalıdır. Burada əsas rol dövlət və rəsmi qurumlara deyil, ictimaiyyətə düşür. Ümid edirəm ki, proses daha da sürətlənəcək və nəticədə Azərbaycanda bu kimi dəbdəbəli və mənasız adətlər tədricən aradan qalxacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

