Novruza az qaldı...
18.03.2026 [08:55]
Bayram süfrəsi neçəyə başa gəlir?
Xalqımız üçün ən vacib bayramlardan olan Novruza sayılı günlər qalıb. Bayram ərəfəsində bazarlarda və marketlərdə canlanma müşahidə olunur. Ailələr bayram süfrəsini bəzəmək üçün ənənəvi nemətlərə üstünlük verirlər.
Novruz süfrəsi necə olmalıdır?
İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli ickilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərifi ilə başlayan 7 növ ərzaq qoyulur.
Niyə belədir?
Keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür yemək, 7 cür şirniyyat, 7 cür çərəz... (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. İnanca görə, bunu bacaran ailə, yeni ilə tamlıq, bütövlüklə keçə bilirdi. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və s. bayram süfrəsinin bəzəyi olur.
Bayram süfrəsinə gözəllik verən aksessuarlardan biri olan xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.
Bayram süfrəsi bəzəyərkən diqqətli olmaq lazımdır: süfrəyə acı, şor, turş nemətlər qoyulmamalıdır. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq və s. Hətta bəzi mənbələr şor qoğalının da qoyulmasını düzgün hesab etmir.
Süfrədə çörək mütləq olmalıdır. Çünki çörək bərəkətin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.
Bayram süfrəsi neçəyə başa gəlir?
Bazarlarda və mağazalardakı qiymətlər göstərir ki, bu il ailələrin bayram xərci bir qədər də artacaq. Xüsusilə də Novruz süfrəsinin ayrılmaz hissəsi olan çərəzlərdə bu il bahalaşma qeydə alınıb.
Qoz - 6 manat, ləpəsi - 17-25 manat
Fındıq 7 manat, ləpəsi - 20-22 manat
Qovrulmuş fındıq ləpəsi - 23-30 manat
Badam - 14-17 azn
Badam ləpəsi - 22- 24 manat
Şabalıd - 9-12 manat
İydə - 8-7 manat
Xurma - 11-15 manat
İnnab - 8-9 manat
Qaysı - 14-15 manat
Bayram süfrəsinin hazırlanması üçün daha çox pul mal və qoyun ətinin alınmasına, eləcə də kərə yağına gedəcək.
Bayram ərəfəsində dana ətinin bir kiloqramı 17 manata, quzu ətinin bir kiloqramı 20-21 manata, kərə yağının bir kiloqramı isə 20-26 manata satılır.
Digər əsas ərzaq məhsullarının qiymətləri isə aşağıda kimidir:
Turşu xiyar 2-4 manat
Kartof 0,8 qəpik -1-2 manat
Toyuq filesi 4-5 manat
Xama 1-2 manat
Mayonez 2-6 manat
Təzə xiyar 3-3,5 manat
Pomidor 3-3,5 manat
Göyərtilər (1 dəstə) 0,25 manat
Un 1,5 manat
Şokolad 12-22 manat
Balıq 14-20 manat
Düyü 4-5 manat
Alma 1,5-2,5 manat
Mandarin 3-3,5 manat
Banan 3-4 manat
Bazarlarda və marketlərdə bayram xonçaları da satışdadır. Kiçik xonçalar 25 manatdan başlayır, daha böyük və zəngin tərkibli variantlar isə 200-250 manata qədər təklif olunur.
Novruz bayramının əsas simvollarından olan səmənilərin qiyməti də fərqlidir, ölçüsünə, bəzəyinə görə dəyişir.
Beli qırmızılı səməninin orta hesabla birinin qiyməti ən balacası 1 manata, ən böyüyü isə 15 manatdır.
Ümumilikdə, dörd nəfərlik bir ailənin Novruz bayramı süfrəsi üçün orta hesabla 470-500 manat xərc tələb olunur. Ötən il Novruz bayramı ərəfəsində isə bayram süfrəsinin təxmini qiyməti orta hesabla 330-350 manata başa gəlirdi.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45

