“ADA” Universitetində ikinci Azərbaycan-Fransa universitetlərarası forumu keçirilir
05.04.2014 [10:55]
Aprelin 4-də “ADA” Universitetinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Kampüs Frans” agentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, forumda Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Tədbirdə çıxış edən ADA-nın rektoru, səfir Hafiz Paşayev bildirib ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.
Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb.
Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin bu forumdan yararlanacağına ümidvar olduğunu bildirib.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Hafiz Paşayev ADA ilə bir çox ölkələrin universitetləri arasında əməkdaşlığın genişləndiyini qeyd edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından və bu sahədə görülmüş işlərdən danışıb. Bildirilib ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət proqramları hazırlanır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan Proqram çərçivəsində bugünədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilib. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 2612 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunub, bu münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb.
Fransanın Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək əzmində olduğunu diqqətə çatdıran diplomat, birgə çalışmaq üçün böyük imkanların olduğunu xüsusilə vurğulayıb.
Tədbirdə “ADA” Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Forum öz işini aprelin 5-də təhsil sərgisi ilə davam etdirəcək. Sərgidə tələbələr Fransada təhsil imkanları, mövcud təqaüdlər barədə məlumat əldə edəcəklər. Eyni zamanda, Fransanın ali məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş keçiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

