Döyüşçü qadınlarla görüş keçirilib
07.03.2015 [11:08]
Dünən “Müharibə Veteranı Qadınlara dəstək” İctimai Birliyinin Xocalı rayon şöbəsinin ofisində Qarabağ müharibəsində iştirak edən döyüşçü xanımlarla 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə görüş keçirilib.
“Müharibə veteranı qadınlarına dəstək” İctimai Birliyinin Xocalı rayon şöbəsinin sədri Sahil Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, tarix boyu Azərbaycan qadınları öz Vətəninə, xalqına, dövlətinə dayaq duraraq öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: “Onlar Vətən üçün ləyaqətli övladlar tərbiyə edib, yeri gələndə qılınca qurşanaraq öz həyat yoldaşları ilə birlikdə çiyin-çiyinə müqəddəs torpaqlarımızın yağı əlinə keçməməsi üçün ölüm - dirim savaşına qalxıblar. Bu gün də bu missiyanı döyüşçü qadınlarımız şərəflə davam etdirirlər. Ölkənin ictimai-siyasi, mədəni, elmi, pedaqoji həyatında, hərbçi peşəsini seçən və taleyini Vətənə xidmətə həsr edən qadınlarımız da kifayət qədərdir. Ölkə rəhbərliyi onların xidmətlərini həmişə yüksək qiymətləndirir”.
Daha sonra çıxış edən “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı qeyd edib ki, dünyaya dahilər bəxş edən Azərbaycan qadını hər zaman Şərq qadınına məxsus iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında müstəsna rol oynayıb: “Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəmanlıqla dolu keçmişindən xəbər verir. Ələlxsus biz Qarabağ savaşında qadınlarımızın igidliyinin, şücaətinin bir daha şahid olduq. Kişilərlə çiyin-çiyinə çarpışan qadınlarımızdan bəziləri şəhidlik zirvəsinə ucaldılar, bəziləri öz sağlamlıqlarını itirdilər. Həmin müharibədə öz yaxınlarını itirən qadınlarımız öz məğrurluqlarını itirmədilər. Bu gün də bizlər öz dəyanətini, mərdliyini itirməyən, düşmənin gözünün içinə dik baxmağı bacaran həmin qadınlarımızla fəxr edir, onlarla qürur duyuruq. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev də qadınların cəmiyyətdə rolunu və fəaliyyətini yüksək dəyərləndirərək deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf - şan, şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”.
Natiq çıxışı zamanı qeyd edib ki, bu gün bütün dünya Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının nəyə qadir olduğunu görür və qiymətləndirir.
Xocalı rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Vəliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Sonda tədbir iştirakçılarına hədiyyələr verilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

