Səbail rayonunda birinci Avropa Oyunlarına hazırlıq işləri müzakirə edilib
08.04.2015 [09:39]
Səbail rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi müddətində qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirəni açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi müddətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında məlumat verib. A.Əsgərov 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Səbail rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.
İcra başçısı rayondakı əsas prospekt və küçələr boyu ərazilərdə geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, həmçinin yaşıllıqların salınması və sanitariya-təmizlik işlərinin görüldüyünü, təmir-abadlıq işlərinə may ayının sonunda yekun vurulacağını bildirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları üzrə obyektlərin qrup meneceri Karin Halida Avropa Oyunlarına hazırlıq və yarışların keçirilməsi müddətində idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar haqda məlumat verib.
Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov, Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev və başqaları Oyunlara hazırlıqla bağlı görülən işlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

