/ / Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib
08.04.2015 [09:42]
Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu il ilk dəfə AMEA-da təhsilin magistratura pilləsinə qəbul keçiriləcəyi barədə məlumat verib. Akademik bildirib ki, AMEA-da təhsilin magistratura pilləsinə qəbul yeddi ixtisas - dilçilik, antropologiya, geologiya, molekulyar biologiya, bitkilərin seleksiyası, nəzəri və riyazi fizika, kimyəvi genetika və kataliz ixtisasları üzrə aparılacaq. Magistraturaya qəbul yeni pilot layihəsi kimi həyata keçiriləcək və burada təhsil alanlar müəyyən elmi istiqamətdə hazırlanacaqlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ölkəmizdə təhsilin magistratura pilləsinə qəbul qaydalar barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda magistratura pilləsinə qəbul 1998-ci ildən tətbiq olunur. 2005-ci ildə magistraturaya qəbul dövlətimizin başçısının müvafiq Fərmanına əsasən rəsmi olaraq TQDK-ya verilib. Elə həmin il ilk dəfə TQDK tərəfindən mərkəzləşmiş imtahanlar keçirilib.
TQDK-nın sədri AMEA-da magistratura səviyyəsinə 20 yerin ayrıldığını söyləyib və bunun uğurlu alınacağına əminliyini bildirib. Qeyd edilib ki, ixtisas seçimi mayın 7-dən 12-dək aparılacaq. Proqram seçimi isə artıq aprelin 10-da başa çatır.
M.Abbaszadə akademiyanın müxtəlif institut və müəssisələrində çalışan alimlərinin TQDK ilə birgə əməkdaşlığını yüksək qiymətləndirib.
Sonra akademik A.Əlizadə AMEA-nın illik ümumi yığıncağına hazırlıq işləri ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb. Bildirilib ki, aprelin 29-da keçiriləcək illik ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.
Daha sonra akademik Vaqif Fərzəliyev AMEA-nın 70 illik yubileyi ilə əlaqədar çap olunacaq nəşrlər barədə məlumat verib.
İclasda, həmçinin elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi, tədqiqat işlərinin əlaqələndirilməsi, doktorluq imtahanlarına dair yeni tələblər və digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

