/ / Tatarıstan Prezidenti Gəncə avtomobil zavodunda “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışında iştirak edib
Tatarıstan Prezidenti Gəncə avtomobil zavodunda “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışında iştirak edib
15.04.2015 [10:52]
Aprelin 14-də Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşını konveyerdən buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu ilin fevral ayında Gəncə Avtomobil İstehsalat Birliyi ilə Rusiyanın nəhəng avtomobil şirkəti olan “KamAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında bağlanmış uzunmüddətli müqavilə artıq reallığa çevrilib. Yeni konveyer xəttinin açılışında Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin iştirak ediblər.
Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin prioritet istiqamət olduğunu qeyd edib, bu məsələyə hər iki ölkə prezidentlərinin böyük önəm verdiyini diqqətə çatdırıblar. Çıxışlarda Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışı məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib.
Gəncə Avtomobil İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev “KamAZ” avtomobillərinin yığımının zavod üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, indiyədək qazanılan təcrübədən danışıb. Bildirilib ki, Gəncə avtomobil zavodu hazırda hər bir texnikanın istehsalına hazırdır. Məhz bunun nəticəsidir ki, təkcə 2015-ci ilin ötən dövründə burada 500 ədəd müxtəlif təyinatlı “MAZ” avtomobilləri, 50 ədəd 21 kubmetr tutumlu, “Avro-4” standartlarına cavab verən “HALLER” markalı kommunal maşınlar, 1400 ədəd müxtəlif modeldə “Belarus” traktorları istehsal edilib. Qazanılan bu təcrübə “KamAZ” avtomobilinin yığımına da imkan verəcək. Müqaviləyə əsasən, hələlik 1500 “KamAZ” yığılması planlaşdırılır.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov çıxışında deyib: “Azərbaycanda, xüsusilə Bakıda gördüklərim məni heyran etdi. Respublikada gedən sürətli yüksəliş, söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu əlaqələr yeni mərhələdir. “KamAZ”ın Gəncə avtomobil zavodunda yığılmasını isə bu əlaqələrin gələcək inkişafının başlanğıcı kimi dəyərləndirmək olar”.
Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşınının konveyerdən çıxmasını izləyən Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və onu müşayiət edən rəsmi şəxslər zavodun istehsalat sahələri ilə yaxından tanış olub, mütəxəssislərlə söhbət ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

