Bakı Dövlət Universitetində vyetnamlı məzunlar ilə görüş olub
08.05.2015 [09:32]
Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, geologiya, fizika, riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrini bitirən vyetnamlı məzunlarla görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov deyib ki, vyetnamlı məzunlarımız Bakıda aldıqları diplomla vətənlərində çox uğurlar qazanıb, orada hörmətli şəxslərə çevrilib, çox yüksək vəzifələrə və mükafatlara layiq görülüblər. Müxtəlif vaxtlarda BDU-nu bitirən vyetnamlı məzunların təhsil aldıqları dövrdən uzun müddət keçsə də, onlar bizi unutmayıb, hər zaman ürəklərində Azərbaycan sevgisini, Bakı məhəbbətini, Bakı Dövlət Universitetini hörmətlə yaşadıblar.
Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bildirib ki, bizim görüşümüz xalqlarımız arasındakı tarixi dostluğun parlaq nümunəsidir. Bu dostluğun beşiyi başında hələ SSRİ vaxtında Vyetnama səfər edən Ümummilli lider Heydər Əliyev dayanır. Prezident İlham Əliyevin təxminən bir il bundan əvvəl Vyetnama son səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə əsaslı töhfə verib. Məhz bu görüşdə dövlətimizin başçısı Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi, Azərbaycanda təhsil alan vyetnamlı vətəndaşların Bakıya dəvət olunması məsələlərini qaldırıb və biz bu gün həmin təkliflərin reallaşmasının şahidiyik. Ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır. Bu potensialın əsasında Vyetnamın ağır illərində - ötən əsrin 70-80-ci illərdə Azərbaycanın qardaş münasibəti göstərməsi və böyük bir ziyalı təbəqəsinin məhz respublikamızda təhsil alması dayanır.
Vyetnam parlamentinin üzvü, Milli Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini, Azərbaycan-Vyetnam parlamentlərarası dostluq qrupunun rəhbəri, BDU-nun hüquq fakültəsinin 1978-ci il məzunu Tran Dinh Nha yenidən doğma universitetdə olmağından, ölkələrarası münasibətlərin inkişafından razılığını bildirib.
Görüşdə biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, hüquq fakültəsinin kafedra müdiri Firudin Səməndərov keçmiş vyetnamlı tələbələrlə bağlı xatirələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

