/ / Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 7-ci qrant müsabiqəsinin nəticələrini müzakirə edib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 7-ci qrant müsabiqəsinin nəticələrini müzakirə edib
24.07.2015 [09:34]
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 14-cü iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə 7-ci qrant müsabiqəsinə yekun vurulması, ilin birinci yarısında gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının təmin olunması istiqamətində görülmüş işlərin müzakirəsi və s. məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 7-ci müsabiqə çərçivəsində Fonda təqdim olunmuş layihələr barədə məlumat verib. Bildirib ki, 2015-ci il mayın 1-dən iyunun 1-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları, 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyası üzrə Fonda 1126 layihə göndəriblər. Müsabiqə başa çatdıqdan sonra Fondun əməkdaşları layihə təkliflərinin qeydiyyatını aparıb, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin Müşahidə Şurasının təsdiq etdiyi formalara uyğunluğunu yoxlayıb, resipiyentlərin əvvəlki müsabiqələr çərçivəsində icra etdikləri layihələrin hesabatlılıq vəziyyətini müəyyənləşdirib və fərdi layihələrin müəllifləri ilə söhbət aparıblar. Texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihə haqqında arayış hazırlanıb və Müşahidə Şurasına təqdim edilib. Ətraflı müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri “A” kateqoriyası üzrə 164 layihədən 111-nin, “B” kateqoriyası üzrə 16 layihədən 7-nin, “C” kateqoriyası üzrə 946 layihədən 350-nin dəstəklənməsini məqsədəuyğun sayıblar. 468 layihənin maliyyələşdirilməsi üçün 2 milyon 562 min 800 manat məbləğində vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2015-ci il iyulun 24-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
İclasda qeyd edilib ki, fəaliyyət göstərdiyi üç il yarım müddətində Fond ümumilikdə 2333 layihəyə dəstək verib və onların reallaşdırılması üçün 13,5 milyon manatdan artıq vəsait ayırıb. Fondun xətti ilə maliyyələşdirilmiş layihələr, ilk növbədə, intellektual yarışların, festival və olimpiadaların keçirilməsinə, incəsənətin müxtəlif sahələri üzrə müsabiqə və sərgilərin təşkilinə, gənc sahibkar və fermerlərin bacarıqlarının artırılmasına, xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının genişləndirilməsinə, ictimai davranış qaydalarının təbliğinə, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə və fiziki inkişafına, Azərbaycan reallıqlarının və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev 2015-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat verib. Bildirib ki, 6 ay ərzində 27 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılıb, bu məqsədlə 23,8 min manatdan artıq vəsait ayrılıb.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasibi Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

