/ / Prezidentin Sərəncamına əsasən, regionlarda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi davam etdirilir
Prezidentin Sərəncamına əsasən, regionlarda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi davam etdirilir
05.08.2015 [08:54]
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Biləsuvar şəhər “Cümə məscidi” dini icmasında “İslamda vəhdətin qorunması və təbliği” adlı layihə çərçivəsində keçirilib.
Avqustun 3-də keçirilən tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, şəhərin axundu Hacı Əlifağa Murtuzov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsləhətçisi Kamil Qurbanlı, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
“Cümə” məscidi dini icmasının sədri Tarıverən Məmiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, İslamda vəhdətin qorunması və təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev keçirilən layihənin əhəmiyyətindən danışıb. Ekspert qismində tədbir iştirakçıları qarşısında çıxış edən BDU-nun müəllimi Aqil Şirinov İslamda vəhdətin qorunması yollarından, qeyri-ənənəvi dini cərəyanlardan, onların vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışaraq qeyd edib ki, bu yolda dindarların üzərinə böyük vəzifələr düşür.
Tədbirdə, həmçinin, şəhərin axundu Hacı Əlifağa Murtuzov və Biləsuvar RİH-in işçisi Kamil Qurbanlı İslamda vəhdətin mahiyyəti barədə çıxış edərək, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Avqustun 3-də Biləsuvar rayon Bəydilli kənd “Cümə məscidi” dini icmasında “Gənclərimizin dini radikal təsirlərdən qorunması” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, şəhərin axundu Hacı Əlifağa Murtuzov, Biləsuvar İH-nin ərazi üzrə icra nümayəndəsi Adil Cəfərov, dini icma sədri Abuzər Kərimov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliklərini bildirib.
Eyni zamanda, Zaqatala rayonu Göyəm kənd “Cümə” məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala-Balakən bölgə qazısı İbrahim İbrahimov, Zaqatala rayonu Göyəm kənd ərazi dairəsi üzrə nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayonu Göyəm kənd bələdiyyəsinin sədri Məhəmməd Əhmədov, Zaqatala rayonu Göyəm kənd məscidi dini icmasının sədri və imamı Niyazi Qarakişiyev, gənclər, ziyalılar, ağsaqqallar və dindarlardan ibarət 70 nəfər iştirak ediblər.
Əvvəlcə icma sədri Niyazi Qarakişiyev layihə barədə geniş məlumat verib. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov isə Azərbaycan xalqının ənənəvi dini və milli ənənələri və adətlər barədə geniş məlumat verib, bu dəyərlərin qorunması və təbliğinin dini radikalizmlə mübarizədə son dərəcə vacib olduğunu bildirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin ölkədəki dinlərə və dindarlara qayğısı barədə geniş çıxış edib. Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlər barədə geniş məlumat verib. O, dini maarifləndirmə işinin önəmindən, bu işləri inkişaf etdirmə yollarından bəhs edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

