Avrasiya Universitetlər Birliyinin prezidenti BANM-də olub
06.08.2015 [00:26]
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rektoru Elmar Qasımovla görüş keçirib. Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və BANM-də tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib. Görüşdə E.Qasımov, həmçinin, BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə dair verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərin rolundan bəhs edib. O, ali məktəbin Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlər ilə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.
Öz növbəsində, EURAS-ın prezidenti, professor Mustafa Aydın BANM-ə dəvət üçün rektor E.Qasımova təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M.Aydın EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib. Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa, M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsini nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda görüşdən qarşılıqlı məmnunluq ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

