“Lider” TV 15 yaşında...
02.09.2015 [10:11]
Əsas meyarı özəl, peşəkar və rəngarəng proqramlar hazırlamaqdan ibarət olan televiziyanın verilişlərində müasir dövrün ictimai-siyasi ovqatı və yüksək dinamizmi aydın nəzərə çarpır
Bu gün Azərbaycanın teleefir məkanında bolluq hökm sürür. Çoxlu sayda televiziya, o cümlədən də, online televiziyalar fəaliyyət göstərir. Bu siyahıya müasir texniki vasitələrin köməyi ilə gecə-gündüz evlərimizə daxil olan əcnəbi televiziyaları da əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar. Belə kəskin rəqabət mühitində fərqlənmək, özünə tamaşaçı auditoriyası toplamaq milli televiziyaların kollektivlərindən, sözün əsl mənasında, böyük fədakarlıq, gecə-gündüz səylə çalışmaq və əlbəttə ki, yüksək peşəkarlıq tələb edir. Bu mənada tam cəsarətlə deyə bilərik ki, 15 yaşını qeyd edən “Lider” televiziyası teleefir məkanında kəskin rəqabət mühitinin hökm sürməsinə baxmayaraq, öz fərqli simasını formalaşdırmağa müvəffəq olub.
“Lider” televiziyası 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. “Lider Tv&Radio-Azərbaycan” MMC-nin nəzdində fəaliyyət göstərən telekanalın əsas meyarı özəl, peşəkar və rəngarəng proqramların hazırlanmasıdır. 2001-ci il avqustun 30-dan televiziya beynəlxalq teleməkana daxil olaraq dünyaya yayımlanmağa başlayıb. “Lider” 2011-ci il aprelin 1-dən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında da yayımlanır.
Dünyaca məşhur telekanalların yaşı ilə müqayisədə 15 il elə də böyük zaman kəsiyi deyil. Lakin “Lider” televiziyasının timsalında biz yaradıcı kollektiv üçün yaşın az və yaxud çox olmasının elə də böyük rol oynamadığının şahidi oluruq. Arxada qalan 15 ilin tamamında “Lider”i qısa şəkildə səciyyələndirsək, tam əminliklə belə deyə bilərik: Bu televiziya yaşı ilə müqayisədə daha müdrik, daha püxtələşmiş görünür. Tamaşaçılar televiziyanın təqdim etdiyi verilişlərdə gənc kollektivin müxtəlif mövzulara cəsarətli və özünəməxsus tərzdə yanaşmalarının, peşəkarlıq nümayiş etdirmələrinin şahidi olurlar. Buna görə də tamaşaçı bu telekanalın verilişlərindən yorulmur, əksinə, ekrana bir qədər də yaxın əyləşməyə çalışır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın çoxlu sayda ailəsində müxtəlif yaş qruplarından olan tamaşaçılar “Lider”in informasiya proqramlarının və digər verilişlərinin efir saatını böyük səbirsizliklə gözləyirlər.
15 yaşlı telekanalın böyük populyarlıq qazanmasının sirri nədədir?
Azərbaycan dilində çox işlənən bir ifadə var: Zamanın nəbzini tutmaq. Əlbəttə, zamanla ayaqlaşmaq hər kəs üçün önəmlidir, televiziya üçün isə bu, internet dövründə, bir növ, “ölüm, ya qalım” məsələsidir. İnformasiyanın bir göz qırpımında dünyanın bu ucundan o biri ucuna ötürüldüyü indiki sürət dövründə televiziyalar xüsusilə operativ rejimdə çalışmalıdırlar. Bu mənada “Lider”in verilişlərində, ələlxüsus da informasiya proqramlarında operativlik, tamaşaçılarla kənar seyrçi kimi deyil, mümkün qədər hadisələrin içindən birbaşa ünsiyyət yaratmaq istəyi qırmızı xətt kimi nəzərə çarpır. Müasir dövrə xas olan dinamizm, ictimai-siyasi ovqat “Lider”in verilişlərinə də hakim kəsilib. O da diqqətəlayiq haldır ki, telekanalın kollektivi heç bir halda populyarlığı, reytinqi populizmlə qazanmaq barədə düşünmür. Əksinə, burada çalışan yaradıcı heyətlərin yalnız bir kredosu var: Verilişlər hazırlanarkən və auditoriyaya təqdim olunarkən peşəkarlıq və milli mənafe, dövlət maraqları öndə olmalıdır! 15 ildir ki, “Lider” tamaşaçıları ilə hər görüşə məhz bu meyarları əsas tutaraq gəlir.
“Lider” teleefir məkanında bir sıra ilklərə imza atıb
Hər bir televiziyanın yeri, mövqeyi həm də onun teleefir məkanına gətirdiyi yeniliklərlə ölçülür. Bu mənada “Lider”in teleefir məkanına gətirdiyi bir sıra keyfiyyət dəyişiklikləri, yeniliklər də diqqətəlayiqdir.
Ötən ilin martından televiziya yeni formatda təqdim olunur. Kanalda informasiya verilişlərinin sayı çoxalıb, keyfiyyəti yüksəldilib. Eyni zamanda, xəbərlərin dinamikası artırılıb. İlk dəfə məhz “Lider”in efirində informasiya marafonu yaradılıb: Televiziya hər gün Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrlə bağlı xəbərləri “Səda” informasiya proqramı vasitəsilə geniş tamaşaçı auditoriyasına çatdırır. “Səda”nın ilk buraxılışı saat 9:00-da efirə verilir. “Səda”nın bazar günü istisna olmaqla hər gün saat 13:00-da efirə gedən buraxılışını isə xəbər marafonu adlandırmaq daha doğru olardı. Belə ki, “Səda”, “Səda-dünya”, “Ekonomiks”, “Səda-idman” və hava proqnozu ardıcıl olaraq efirə verilir. Həmin xəbərləri tamaşaçılara ayrı-ayrı aparıcılar çatdırırlar. Saat 17:00-da “Bizim Səda” fərqli formatda tamaşaçılarla görüşə gəlir. Yaradıcı heyət tamaşaçılarla interaktiv əlaqəyə böyük önəm verir və daim tamaşaçı rəyi almağa çalışır. Belə həssas münasibətə tamaşaçılar da biganə qalmırlar. Onlar canlı bağlantıya girərək müxtəlif məsələlərə münasibətlərini bildirirlər. Saat 19:00-da “Səda”nın əsas buraxılışı efirə gedir. Bir saat ərzində tamaşaçılara ən aktual xəbərlər təqdim olunur. Nəhayət, gecə saat 00:00-da “Səda 24”lə informasiya proqramı tamamlanır. Bu buraxılışda tamaşaçılar üçün maraq kəsb edən bir mövzu efirə dəvət edilən qonaqla müzakirəyə çıxarılır.
“Lider”in Azərbaycanın teleefir məkanında daha bir unikal layihəsi
Söhbət televiziyanın Azərbaycan redaksiyasında bu yaxınlarda tamamlanan və Qərbi Azərbaycandan bəhs edən yeni layihəsindən gedir. İndiyədək Azərbaycanın teleefir məkanında belə unikal layihə həyata keçirilməyib. “Lider” bu boşluğu doldurmaq üçün hazırda ermənilərin məskunlaşdıqları əzəli Azərbaycan torpaqları haqqında 20 silsilə filmlə tamaşaçıların görüşünə gəlib. Bu filmlər İrəvan da daxil olmaqla Qərbi Azərbaycandakı bütün mahalları əhatə edir. Keçmişin, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından bu filmlərin böyük əhəmiyyəti var. Azərbaycan redaksiyasının digər layihələri də böyük maraqla qarşılanıb. Bundan əvvəl kollektiv Azərbaycan ərazisindəki qalalarla bağlı 19 hissəli silsilə verilişlər hazırlayıb.Yaradıcı heyətin ərsəyə gətirdiyi 11 hissəli Azərbaycan uzunömürlüləri və xalçaçılığı ilə bağlı filmlər də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 15 il ərzində Azərbaycan redaksiyasında təxminən 600 sənədli film çəkilib ki, bu da kollektivin böyük zəhmətinin bəhrəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

