Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bilik Fondu seçki ilə bağlı maarifləndirici tədbirlərə start verib

Bilik Fondu seçki ilə bağlı maarifləndirici tədbirlərə start verib

22.10.2015 [10:20]

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı maarifləndirici tədbirlərə start verib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (AMİU) keçirilən görüşdə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyevin tələbələr üçün seçki prosesi ilə bağlı mühazirəsi təşkil edilib.
AMİU-nun rektoru, professor Fərəh Əliyeva qonaqları salamlayaraq tədbirin məqsədi barədə tələbələrə məlumat verib. Qarşıdan gələn parlament seçkiləri barədə danışan rektor gəncləri öz seçki hüquqlarından fəal istifadə etməyə çağırıb.
Daha sonra çıxış edən Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı fondun maarifləndirici missiyasından bəhs edib. Bildirilib ki, seçki vətəndaş hüquqlarının başlıca təzahürlərindən biridir və gənclərimiz bu hüququndan aktiv istifadə etməlidirlər.
Tələbələr qarşısında məruzə ilə çıxış edən AMEA-nın İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev seçki hüququ barədə geniş məlumat verib. Demokratiyanın əsas atributlarından sayılan seçkinin cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyən natiq seçki prosesində bütöv cəmiyyətin mənafeyinin nəzərdə tutulduğunu vurğulayıb.
Mühazirədən sonra A.Vəliyev tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31