MDB ölkələrinin yaradıcı ziyalılarının və elm xadimlərinin X forumu keçirilib
24.10.2015 [11:43]
Astanada MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin X forumu keçirilir. Bu böyük mədəni-elmi tədbirdə iştirak etmək üçün Qazaxıstanın paytaxtına Birlik ölkələrindən təxminən 200 nümayəndə gəlib.
Yubiley forumunun işi “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusuna həsr olunub. Bu mövzu müasir reallıqlar nəzərə alınmaqla əməkdaşlıq planlarını, prioritet istiqamətlərin və fəaliyyət formalarının müəyyən edilməsini müzakirə etməyi nəzərdə tutur.
MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Forumda çıxış edərək bu tədbirin Avrasiyanın coğrafi mərkəzində yerləşən Qazaxıstanda keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd edib.
O deyib: “Biz əsrlər boyu xalqlarımızın çox çətin dövrlərdən keçdiyi ümumi məkanda bir yerdə yaşamışıq. Nəticədə isə ziyalılar səviyyəsində, hər şeydən əvvəl ədəbiyyat, musiqi, təsviri sənət, fəlsəfə, təbiət və humanitar elmlərinin ən parlaq nümayəndələri səviyyəsində hamının anlaya biləcəyi, bizə ünsiyyət qurmağa və bir-birimizi başa düşməyə kömək edən kodlar hazırlanıb”.
P.Bülbüloğlu vurğulayıb ki, din pərdəsinə bürünən terrorizmin tüğyanı, dünyada sabitliyi pozan ciddi təhdidlər, Ukraynada böhran, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çağırışlardır. Bu çağırışlara cavabdan bizim ümumi taleyimiz asılıdır. Böhrandan yalnız birgə çıxış yollarının axtarılması tarazlığa nail olmağa və irəliyə hərəkəti təmin etməyə kömək edər.
Diplomat deyib: “Xalqlarımız çoxəsrlik tarixlərinin müxtəlif mərhələlərində mədəni-sivilizasiyalı çağırışlara bənzər hallarla dəfələrlə qarşılaşıb və dünya irsi xəzinəsinə sanballı töhfə verərək onları şərəflə keçib. Məsələn, “Müsəlman intibahı” dövründə yaşamış dahi Nizami, müasir qazax mədəniyyətinin üfüqlərini açmış dahi Abay Kunanbayev və rus ədəbiyyatının “qızıl dövrü”nü yaratmış Lev Tolstoy gözəl formalı və dərin məzmunlu əsərlərində xalqlarının tarixini vahid bəşəriyyətin bir hissəsi kimi fəlsəfi dərk etmək səviyyəsinə yüksəliblər. Onlar yaradıcılıqda Şərq və Qərbin mədəniyyət materialını sintez edərək dünya əhəmiyyətli incilər yaradıblar. Bunun vasitəsilə xaricilər azərbaycanlıları, qazaxları və rusları dərk edə bilərlər”.
Səfir MDB çərçivəsində humanitar əlaqələrin gələcəkdə fəallaşmasının, yaradıcı ziyalıların sıx ünsiyyətinin, təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

