ICAO-nun prezidenti Heydər Əliyev Mərkəzi və Milli Aviasiya Akademiyası ilə tanış olub
24.10.2015 [12:22]
Bakıda səfərdə olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Olumuiva Benard Aliu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun müşayiəti ilə Heydər Əliyev Mərkəzində olub.
Qonağa məlumat verilib ki, Mərkəzdə Ümummilli liderin xatirəsini əbədiləşdirən Heydər Əliyev Muzeyi yaradılarkən onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks etdirilməsinə diqqət yetirilib. Bu gün Muzey Heydər Əliyev irsini öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir. Muzeydə təqdim edilən eksponatlar haqqında məlumat verilib. Qeyd edilib ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən muzey dünya memarlığının ən yaxşı əsərləri siyahısına daxil edilib. Burada rəsmi qəbulların, müxtəlif beynəlxalq konfransların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Olumuiva Benard Aliu mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.
ICAO prezidenti Milli Aviasiya Akademiyasında da olub. Akademiya ilə tanışlıq Azərbaycan Mülki Aviasiyası Muzeyindən başlanıb. Qonağa məlumat verilib ki, mülki aviasiyanın tarixi 1910-cu ildən - tanınmış rus aviatoru Sergey Utoçkin Bakı üzərində uçuş həyata keçirdiyi vaxtdan başlanıb. Elə həmin il Bakıda və Yevlaxda ilk aerodromlar tikilib. ICAO-nun prezidentinə Azərbaycanda milli aviasiyanın inkişaf mərhələləri, ilk milli təyyarəçilər, o cümlədən aviasiyada xidmət edən qadınlar haqqında məlumat verilib. Ümummilli lider Heydər Əliyevin mülki aviasiyanın inkişafındakı rolu vurğulanıb. Bildirilib ki, Ulu öndərin müdrik siyasəti nəticəsində 1969-cu ildə ölkədə milli aviasiya inkişaf etməyə başlayıb, Milli Aviasiya Akademiyası yaradılıb. Ulu öndərin təşəbbüsü ilə Bakı Beynəlxalq Aeroportu tikilib. Hazırda bu aeroport onun adını daşıyır. Prezident ilham Əliyevin rəhbərliyi altında mülki aviasiyanın inkişafı istiqamətində görülən işlər, ICAO-nun müasir tələblərinə və standartlarına cavab verən yeni sərnişin terminalının istifadəyə verilməsi haqqında məlumat verilib.
ICAO-nun prezidentinə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman təyyarəçilər haqqında da məlumat verilib.
ICAO-nun prezidenti Olumuiva Benard Aliu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovla birlikdə gələcək aviatorların təlim keçdiyi trenajor mərkəzində olublar.
Olumuiva Benard Aliu Bakının görməli yerləri ilə də tanış olub. O, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olub. Elektromobildə gəzinti zamanı qonağa İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisindəki müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qayğı ilə qorunub saxlanılır. Qonağa Bakının möhtəşəm tarixi abidələrindən olan Qız qalası, onun qeyri-adi memarlıq xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, tarixi əsrlərin dərinliyinə gedib çıxan bu qala XII əsrdə bərpa edilib.
Gəzinti zamanı ICAO-nun prezidenti “Sehrli təndir” kafesinə baş çəkib, orada təndir çörəyindən dadıb, milli şirniyyat və çaya qonaq olub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

