/ / Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti BMT çərçivəsində yüksək qiymətləndirilib
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti BMT çərçivəsində yüksək qiymətləndirilib
07.11.2015 [10:21]
Noyabrın 2-dən 6-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının “Korrupsiyanın prevensiyası və əmlakin bərpası” mövzusunda 6-cı sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BMT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, antikorrupsiya qurumlarının, habelə bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həmçinin Azərbaycanın Avstriyadakı səfirliyin və Sankt-Peterburq şəhərindəki baş konsulluğunun əməkdaşları yer alıb.
Konfransın açılışında Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov çıxış edərək Rusiya Prezidenti Vladimir Putinin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Sonra BMT-nin Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarliq Ofisinin rəhbəri Yuri Fedotov konfransın gündəliyindəki məsələlər barədə məlumat verib.
Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konavalovun sədrliyi ilə keçirilən plenar iclasda Kamran Əliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, korrupsiyanın prevensiyası sahəsində ən uğurlu tədbirlərdən biri kimi “Asan xidmət” konsepsiyası barədə ətraflı məlumat verib. K.Əliyev son dövrlər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da sağlamlaşdırılması məqsədi ilə görülmüş kompleks və ardıcıl tədbirləri xüsusi vurğulayıb. O, çıxışında Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olduğunu diqqətə çatdıraraq tədbir iştirakçılarını Azərbaycanın Baş prokuroru Zakir Qaralovun hazırda Assambleyasına sədrlik etdiyi Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) fəaliyyətində yaxından iştiraka dəvət edib.
Konfrans çərçivəsində nümayəndə heyətimiz tərəfindən “Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın müsbət təcrübələri” adlı tədbir keçirilib. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, o cümlədən məhkəmə-hüquq islahatları, ixtisaslaşmış antikorrupsiya qurumu - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, xüsusən də qaynar-xətt əlaqə mərkəzinin fəaliyyəti barədə təqdimat keçirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Elçin Hüseynli korrupsiyanın qarşının alınması sahəsində ölkəmizdə həyata keçirilən və artıq Azərbaycan brendi statusu qazanmış “Asan xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. “Asan xidmət” mərkəzlərinin fəaliyyətinə həsr olunmuş videomaterial tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Yaponiya, Qazaxıstan, Kamboca və digər ölkələrin nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və “Asan xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Plenar sessiya çərçivəsində Azərbaycanın müəllifi olduğu “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə səsverməyə çıxarılıb və Ermənistan nümayəndə heyətinin davamlı etirazlarına baxmayaraq qəbul edilib.
Korrupsiyaya qarşı mübarizə sahəsində ən ali siyasi forum hesab edilən konfrans çərçivəsində Azərbaycanın müəllifliyi ilə belə bir qətnamənin qəbul edilməsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Həmin qətnamə Azərbaycanın “Asan xidmət” təcrübəsinin beynəlxalq müstəvidə təşviq edilməsində və bu təcrübənin Azərbaycan brendi kimi digər ölkələrlə mübadilə edilməsi istiqamətində müstəsna rol oynayacaq. Belə ki, qətnamə BMT Katibliyinə müvafiq təcrübə mübadiləsinin aparılması üçün institusional çərçivə yaratmaq tapşırığı verir və üzv dövlətləri öz müsbət təcrübələrini bölüşməyə çağırır. Qətnamə, həmçinin bu yaxınlarda “Asan xidmət”in təltif edildiyi BMT-nin ictimai xidmətlər üzrə mükafatını müvafiq sahə üzrə ən yüksək və prestijli mükafat olaraq bir daha təsdiq edir.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Türkiyə, Belarus, Malayziya və digər ölkələrin nümayəndə heyətləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirib və səmərəli fikir mübadiləsi aparıb.
Tədbir zamanı konfrans iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qazanılmış nailiyyətləri özündə əks etdirən jurnal, buklet və broşürlar paylanıb.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını ratifikasiya etmiş ölkələrin 6-cı illik konfransı zamanı korrupsiyaya qarşı mübarizənin ən mühüm və aktual aspektləri üzrə, o cümlədən korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, dövlət qurumları və özəl sektor arasında səmərəli, işgüzar, şəffaf münasibətlərin qurulması, cinayət yolu ilə əldə olunmuş əmlakın tapılması və geri qaytarılması, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarliq üzrə Ofisinin rolunun daha da artırılmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25

