/ / Rusiya və Azərbaycan gəncləri İkinci Dünya müharibəsinin nəticələrinin saxtalaşdırılmasının əleyhinədir
Rusiya və Azərbaycan gəncləri İkinci Dünya müharibəsinin nəticələrinin saxtalaşdırılmasının əleyhinədir
28.11.2015 [11:14]
Bolqarıstanın paytaxtında “Böyük Qələbə nəsillərin yaddaşında” mövzusuna həsr edilmiş Dünya Gənc Həmvətənlər Forumu keçirilib. Forumda Azərbaycandan və Rusiyadan olan nümayəndələrin çıxışları böyük maraqla qarşılanıb.
Rusiya-Azərbaycan Dostluq Mərkəzindən (RAD Mərkəzi) AZƏRTAC-a bildiriblər ki, Sofiya şəhəri üç gün müddətində dünyanın 72 ölkəsini təmsil edən yüzlərlə gənc fəal və vətənpərvər insanın dialoqu üçün ən böyük məkanlardan birinə çevrilib.
Bu forum ilk dəfə keçirilməsinə baxmayaraq, canlı ünsiyyət üçün unikal bir məkan olduğunu artıq göstərib. Planetimizin müxtəlif guşələrində yaşayan gənclər beynəlxalq əməkdaşlıq və tarixi yaddaşın qorunub saxlanmasının vacibliyi kimi ən aktual məsələləri səmimi dostluq şəraitində müzakirə etmək üçün toplaşmışdı. Forum çərçivəsində “Vətənpərvərlik - başlıca məsələ haqda söhbət” mövzusunda diskussiya və “Gənclərin lideri: XXI əsrin mühüm kompetensiyaları” mövzusunda treninq keçirilib.
Plenar iclasların iştirakçıları Böyük Qələbənin 70 illiyinin müxtəlif ölkələrdə necə bayram edilməsi barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, anım aksiyaları təşkil edilib.
Sofiyanın mərkəzində, Sovet döyüşçülərinə abidənin qarşısında “Avropa gəncləri tarixi abidələrin qorunub saxlanmasının tərəfdarıdır” mövzusunda nümayiş keçirilib. Nümayiş iştirakçılarının əllərində təmsil etdikləri ölkələrin bayraqları və üzərində müxtəlif dillərdə “Dünyaya sülh”, “Biz Rusiya ilə birlikdəyik”, “Biz xatırlayırıq, biz fəxr edirik” şüarları yazılmış plakatlar vardı. Böyük Qələbənin yubileyi şərəfinə səmaya 70 ədəd ağ şar buraxılıb. Təəssüflə qeyd edilib ki, başa çatmaqda olan ilin dəhşətli hadisələri - müharibələr və terror aktları sülhün çox kövrək məsələ olmasını bir daha xatırladıb. Nümayiş iştirakçıları bu faciələrin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənclər Plovdivdə xilaskar Sovet Ordusunun şərəfinə ucaldılmış əfsanəvi “Alyoşa” monumentinin qarşısına tər çiçəklər düzüb, bu daşlaşmış qəhrəmana həsr edilmiş “Stoit nad qoroyu Alyoşa” mahnısını oxuyublar.
“Xatirə divarı - ölməz alay” aksiyası qaliblər nəslinə minnətdarlıq əlaməti olub. Aksiyanın hər bir iştirakçısı xüsusi stenddə öz qəhrəmanının - müharibədə həlak olmuş qohumunun adını yazmaqla və ya fotoşəklini həmin stendə qoymaqla onun xatirəsini əbədiləşdirə bilərdi.
Rusiyalı veteranlar tədbirin fəxri qonaqları olub. Bu insanlarla ünsiyyətin dəyəri ilbəil artır, axı o illərin dəhşətli hadisələrinin şahidi olmuş və hitlerçilərin törətdiyi vəhşiliklər, xilaskar xalqın qəhrəmanlıqları barədə həqiqəti söyləyə biləcək insanların sayı get-gedə azalır. Onların səsi nə qədər az eşidilsə, tarixi yenidən yazmaq, qaliblərin adlarına “düzəliş etmək”, faşistləri təmizə çıxarmaq cəhdləri bir o qədər tez-tez yaranır. Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərovanın fikrincə, məhz bu səbəbdən əcdadlarımızın döyüşdə göstərdiyi şücaətləri gənclərə mümkün qədər tez-tez xatırlatmaq, tarixi yaddaşın nəsildən-nəslə çatdırılması mexanizmini yaratmaq zəruridir. Yalnız bu yolla yeni nəsillərə mənəvi oriyentirlər göstərmək, faşizmin dirçəldilməsi və tarixin təhrif edilməsi cəhdlərinin qarşısını almaq mümkündür.
Rusiyanın və Azərbaycanın ictimai xadimləri xatırladırlar ki, yalnız ümumi səylərimiz hesabına həqiqətin təntənəsinə nail olmaq mümkündür.
Rusiya-Azərbaycan Dostluq Mərkəzi direktorunun müavini Denis Yakimenko forumdakı çıxışında deyib: “Son vaxtlar böyük müharibədə Qələbəni yaddaşlardan silmək cəhdləri çoxalıb. Hadisələrin saxtalaşdırılması, faktların dəyişdirilməsi, yer üzündə sülhü qoruyub saxlamış qaliblərə qara yaxmaq, tarixi spekulyasiyalardan öz geosiyasi oyunlarında istifadə etmək, qardaş xalqları parçalamaq və bir-biri ilə savaşdırmaq üçün hər cür iyrənc vasitələrdən istifadə edilir”.
RAD Mərkəzinin regional əlaqələr şöbəsinin rəhbəri Xaliq Aslanov deyir: “Tarixi həqiqətin təhrif edilməsinin təhlükəli cəhəti ondan ibarətdir ki, bu təhrif gənclərin şüurunu deformasiyaya məruz qoyur, buna görə də gənclərin öz babaları və ulu babaları nümunəsində vətənpərvərlik tərbiyəsi, böyük müharibə barədə həqiqətin müdafiəsi istiqamətində gündəlik gərgin iş aparılması vacibdir”.
Azərbaycanın böyük Qələbəyə döyüş və əmək töhfələrinə həsr edilmiş sərgi Forumda daha bir əlamətdar hadisə olub.
Ekspozisiyası RAD Mərkəzinin köməyi ilə Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış bu sərgidə Azərbaycan xalqının Qələbəyə töhfəsindən, müharibə qəhrəmanlarından söhbət açılır.
Hitlerçilərlə döyüşlərdə 700 minə yaxın azərbaycanlı iştirak edib, cəbhəyə gedənlərin yarısından çoxu geri qayıtmayıb. Əslən Azərbaycandan olan 128 döyüşçü əsgəri rəşadətə və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. General Həzi Aslanov iki dəfə bu ada layiq görülüb.
1945-ci ilin aprel ayında Berlinə daxil olmuş ilk Sovet döyüşçüləri arasında 416-cı atıcı diviziyası da vardır. Bu diviziyanın heyətində xeyli azərbaycanlı döyüşçü vardı. 1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərlik etdiyi döyüşçülər - Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev Qələbə bayrağını Brandenburq darvazasının üstünə sancıblar. Çoxları bilmir ki, azərbaycanlılardan ibarət partizan dəstələri Fransada və İtaliyada fəaliyyət göstərib, döyüş ləqəbi “Mixaylo” olan azərbaycanlı Mehdi Hüseynzadə Yuqoslaviyada faşist işğalçılarına qarşı çox cəsarətli əməliyyatları ilə şöhrət qazanıb, Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılov isə Fransanın ali mükafatı - Fəxri Legion ordeni ilə təltif edilib.
Qəhrəmanların adlarını unutmaq böyük ədalətsizlik olar, ona görə də bu bilikləri nəsildən-nəslə çatdırmaq çox vacibdir.
Təranə Nəzərova babası Məşədi Xanmirzə oğlu Həsənovun fotoşəklini stendə bərkidərək gözləri yaşarmış halda ətrafındakı gənclərə müraciət edib: “Heç kəs məni inandıra bilməz ki, öz ölkəsini və yeni nəsillərin gələcəyini müdafiə edərkən həlak olmuş babam nahaq yerə canından keçib!”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

