Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” zastava kompleksi istifadəyə verilib
19.12.2015 [09:09]
Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov iştirak edib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində keçirilməsi, dövlətimizin başçısının 2005-ci il oktyabrın 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması diqqətə çatdırılıb. Həmçinin Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucaldılması və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlandırılması böyük qürur hissi ilə vurğulanıb. “Keşikçi dağ” sərhəd zastavasının Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edilib.
Kompleksin rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar.
Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Burada şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqla tam təmin edilib.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56

