Nəsimi rayonu, Mir Cəlal küçəsindəki əsaslı təmir edilmiş parkda bayram tədbiri keçirilib
30.12.2015 [10:23]
Son aylar Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılıb.
Rayonunun 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, həmçinin Moskva prospektində 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilib.
Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki qanunsuz hasarlar sökülüb, ərazidə təmizlik işləri aparılıb.
M.Kazımovski, 20 yanvar küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb, gül-çiçək kolları əkilib.
Rayonun Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunub. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunub, ətrafında abadlıq işləri aparılıb. Binaların 126 eyvanı əsaslı yenidən qurulub, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilib.
Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənib.
Bu ərazidə 4 park yenidən əsaslı təmir olunub.
Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib, yaşıllıq zonası salınıb. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilib. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilib. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənib. Parkda fəvvarələr quraşdırılıb, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınıb. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılıb. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınıb. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənib. 10000 kv.m sahəyə asfalt döşənib. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilib. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Mir Cəlal küçəsindəki Parkda quraşdırılmış Yeni il yolkasının ətrafında tanınmış incəsənət ustalarının və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert təşkil olunub.
Bayram tədbirində iştirak edən sakinlər yeni istifadəyə verilən parkda yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

