Makedoniya Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib
12.03.2016 [12:00]
Makedoniya Respublikasının Prezidenti George İvanov ölkəmizə səfəri çərçivəsində martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Makedoniya Prezidentini akademiyanın kollektivi adından salamlayıb, müasir dünyada elm və demokratiyanın inkişafına layiqli töhfələr vermiş ali qonağın DİA-ya gəlişini önəmli hadisə kimi dəyərləndirib. Prezident George İvanovun Azərbaycana IV Qlobal Bakı Forumunda iştirak etmək üçün gəldiyini diqqətə çatdıran U.Ələkbərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonağa ətraflı məlumat verib.
Qonağı tədbir iştirakçılarına təqdim edən rektor bildirib ki, George İvanov Yuqoslaviyada Müqəddəs Kiril və Mefodii Universitetini bitirdikdən sonra bir müddət orada müəllim işləyib və hüquq professoru elmi adını alıb. Vətəndaş cəmiyyəti sahəsində tədqiqatlar üzrə aparıcı ekspert olan G.İvanov 2009-cu ildə böyük səs çoxluğu ilə Makedoniyanın dördüncü prezidenti seçilib. 2014-cü ildə keçirilən prezident seçkilərində makedoniyalıların əksəriyyəti yenidən səsini G.İvanova verib və onu ikinci müddətə ölkə prezidenti seçib. O, Türkiyə, Macarıstan, Çin və Rusiyanın aparıcı universitetlərinin fəxri doktoru, İncəsənət və Dünya Elmləri Akademiyasının həqiqi üzvüdür. Mühazirələr oxumaq üçün Avropanın tanınmış universitetlərindən çoxsaylı dəvətlər alır.
U.Ələkbərov bildirib ki, Dövlət İdarəçilik Akademiyasının elmi şurası Azərbaycan və Makedoniya respublikaları arasında elm və təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident George İvanova DİA-nın fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.
Daha sonra Makedoniya Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilməsi ilə bağlı DİA elmi şurasının qərarı elan olunub.
Prezident George İvanova DİA-nın fəxri doktoru diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim edilib.
Makedoniya dövlətinin başçısı DİA-nın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayıb. G.İvanov Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını xüsusi vurğulayıb.
Tədbirdə ali qonağın “Balkanlar, Qafqaz, Yaxın Şərq: Avropanın Bermud üçbucağı” mövzusunda məruzəsi dinlənilib.
Makedoniya Prezidenti tələbə gənclərə tövsiyələrini verib, sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

