Sabis Sun Beynəlxalq məktəbində “açıq qapı” günü keçirilib
27.04.2016 [10:04]
Bu günlərdə Sabis Sun Beynəlxalq məktəbi qapılarını geniş ictimaiyyətin üzünə açıb. Belə ki, məktəb tərəfindən təşkil edilən “açıq qapı” günündə maraqlanan hər kəs bu təhsil ocağı haqqında informasiya əldə etmək imkanı qazanıb. Qonaqlar səhər saatlarından etibarən onlar üçün təşkil edilmiş xüsusi turda iştirak ediblər. Məktəbin direktoru Jacobus Gericke qonaqları məktəbi gəzdirərək onlara ətraflı informasiya verib.
“Açıq qapı” günündə Sabis Sun Beynəlxalq məktəbinin şagirdləri məktəbin bütün imkanlarını nümayiş etdiriblər. Xüsusi olaraq qurulmuş səhnədə canlı musiqi ifası, incəsənət müsabiqəsi, həmçinin basketbol oyunu, stolüstü tenis, şahmat, istedad müsabiqəsi və s. kimi fəaliyyətlər hər kəsin böyük marağına səbəb olub. Bu fəaliyyətlər həm də məktəbin tədrisinin ayrılmaz hissəsidir. Beynəlxalq təhsil sisteminin bir hissəsi olan “Spelling Bee” müsabiqəsi daha böyük maraq doğurub.
Günün ən mühüm və sevindirici xəbəri isə 2015-ci ildən etibarən Bakıda fəaliyyətə başlayan Sabis Sun Beynəlxalq məktəbinin şagirdlərinin Almaniya, İordaniya, Bəhreyn, Rumıniya, BƏƏ və s. ölkələrdə yerləşən Sabis şəbəkəsi məktəblərindən 600 nəfər şagirdin iştirak etdiyi beynəlxalq səviyyəli müsabiqədə ikinci yeri tutması olub. 22-23 aprel tarixlərində BƏƏ-də təşkil edilən müsabiqədə iştiraka dəvət alan Sabis Sun Beynəlxalq məktəbinin 8-ci sinif şagirdləri “Siqaretin toxumların inkişafına təsiri” mövzusunda layihəni təqdim ediblər. Mühüm sağlamlıq probleminə toxunan layihədə şagirdlər detallı elmi sübutlar və canlı eksperimentlər nümayiş etdiriblər. Bununla da 40 digər layihənin arasında 2-ci yeri qazanıblar. Bu qələbə bir daha məktəbdə təşkil edilən tədrisin beynəlxalq standartlar çərçivəsində olduğunu təsdiq edib.
Qeyd edək ki, Dreamland ərazisində yerləşən Sabis Sun Beynəlxalq məktəbi 67000 kvadratmetr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

