/ / Erməni terrorunun araşdırmaçıları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib
Erməni terrorunun araşdırmaçıları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib
30.06.2016 [10:01]
Bakıda “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən “dəyirmi masa”nın iştirakçıları iyunun 29-da Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, elm adamları əvvəlcə Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Burada quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Kompleksdə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra ziyarətçilər Quba kütləvi məzarlığı barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığında əksəriyyəti uşaq, qadın və qocalar olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpağından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan edilib, əhali üzərində yaş, cins və milli mənsubiyyətə məhəl qoymadan qətliam həyata keçirilib. Erməni terroruna azərbaycanlılarla yanaşı, Azərbaycan ərazisində yaşayan xalqlar - ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər də məruz qalıblar.
ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest (İv Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev erməni terrorçuları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən terror qurbanlarının xatirəsini ehtiramla anıblar. Xarici qonaqlar terroru bəşəriyyətin məhvinə qarşı yönələn fəaliyyət kimi səciyyələndirib, erməni terrorunu qətiyyətlə pisləyən bəyanatlarla çıxış ediblər.
Fransalı tədqiqatçı İv Benar məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib. “Mən burada gördüklərimdən sonra çox təəssüflənirəm ki, Fransada hələ də erməniləri dəstəkləyənlər var. Dəhşətli mənzərədir. Bu məzarlıq haqqında faktlara yeni araşdırmalarımda yer ayıracam və əlimdən gələni edəcəyəm ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırım” - deyə İv Benar jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter Azərbaycanda multikultural dəyərlərin çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Quba soyqırımı məzarlığı haqqında danışan mütəxəssis bildirib ki, hətta erməni elm adamları da bura dəvət edilməli və faktlarla yerində tanış olmalıdırlar: “Terroru şiddətlə qınayırıq. Qubada azərbaycanlıların və bu ərazidə yaşayan bir çox xalqların nümayəndələrinin erməni terrorçuları tərəfindən amansızcasına qətlə yetirilməsi ilə bağlı tarixi sənədlər vasitəsilə tanış olduqdan sonra “Terror multikulturalizmə qarşı” layihəsinin nə qədər əhəmiyyətli olduğu bir daha öz təsdiqini tapır. Düşünürəm ki, erməni terroruna inanmayanlar, yaxud da bu barədə bilib susanlar, eləcə də ermənilər özləri gəlib bu Memorial Kompleksini ziyarət etməli, burada törədilən dəhşətləri öz gözləri ilə görməlidirlər”.
Qonaqlara Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında nəşrlər paylanılıb.
“Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

