AMEA Rəyasət Heyətinin Şamaxıda səyyar iclası olub
30.06.2016 [10:01]
İyunun 29-da Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasının Şamaxıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. AMEA rəhbəri Şamaxının tarixən Azərbaycanın ən böyük elm ocaqlarından biri olduğunu, hazırda da respublikamızın elmi potensialının mühüm bir hissəsinin bu şəhərdə cəmləşdiyini vurğulayıb.
Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmin perspektiv inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Altmış illik fəaliyyəti dövründə rəsədxananın astrofizika elminin müxtəlif istiqamətlərində əldə etdiyi nailiyyətlərdən danışan alim bu illər ərzində Azərbaycanda astronomlar nəslinin yetişdiyini, astrofizika elmi məktəbinin formalaşdığını bildirib. Qeyd edib ki, hazırda alimlərimizin əsas məqsədi respublikada astrofizika elmini inkişaf etdirərək dünyada ön sıralara çıxarmaqdır.
N.Cəlilov astrofizika və bu elmə yaxın sahələrdə xarici ölkələrdə çalışan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, birgə elmi-tədqiqat qruplarının yaradılması, kosmik müşahidələr aparan elmi mərkəzlərlə birgə sinxron yerüstü və kosmik müşahidələrin yerinə yetirilməsi kimi təkliflər də səsləndirib: “Bunun üçün, ilk növbədə, Azərbaycanda çalışan astrofiziklərin mobilizasiyasına başlamaq və respublikada olan astronomik cihazların modernləşdirilməsi prosesini yekunlaşdırmaq lazımdır”.
Məruzəçi ŞAR-da nəzəri və eksperiment yolu ilə əldə edilmiş mühüm elmi nailiyyətlər haqqında da məlumat verib. Bildirib ki, bu nəticələr nəzəri astrofizika və kosmologiyanın aktual problemləri, ulduz təkamülünün müxtəlif mərhələlərinin xüsusiyyətləri, Günəş və Günəş-Yer əlaqələri fizikasının aktual problemləri, o cümlədən Yer və süni peyklərin təhlükəsizliyi problemləri sahələrində əldə olunub.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.
Daha sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə təsis etdikləri bu təşkilatın uğurlu fəaliyyətindən danışıb. Akademik bildirib ki, son illər Milli Komitənin bəzi üzvləri müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırdığı üçün onun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Milli Komitənin yeni tərkibinin təsdiq olunaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim edilməsinə dair qərar qəbul edib.
İclasda AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılması məsələsinə də baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, ölkəmizdə müasir tipli muzeylər XIX əsrin sonlarında yaranmağa başlayıb. Muzeylərin maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu deyən akademik bu qurumların Azərbaycan tarixinin, ədəbiyyatının, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib.
İ.Quliyev hazırda Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu vurğulayıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi haqqında olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən alim elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.
Məsələ müzakirə olunduqdan sonra Rəyasət Heyəti AMEA-nın elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib.
Tədbirdə AMEA-da xüsusi işlər üzrə MMC-nin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının “Məruzələr” jurnalının humanitar elmlər və ictimai elmlər seriyalarının ingilis dilində təsis edilməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Xalçaşünaslıq sektorunun yaradılması, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının “Thomson Reuters” agentliyinin “Emerging Sources Citation Index” (ESCI) siyahısına daxil edilməsi, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şaiq Nəbiyevin ABŞ-ın Astronomiya İnstitutuna (Havay adaları), Coğrafiya İnstitutunun əməkdaşı Elşən Abdullayevin isə Muğla Sıtkı Koçman və Orta Doğu Teknik universitetlərinə ezam olunmaları haqqında qərarlar qəbul edilib.
İclasda Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutlarında Təhsil şöbələrinin yaradılması, həmçinin akademik Aslan Aslanovun 90, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 85 və Vəli Əliyevin 80, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayevin isə 80 illik yubileylərinin qeyd olunması qərara alınıb.
Daha sonra bir sıra kadr məsələlərinə baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

